8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Trampın Rusiya-Ukrayna üçün sülh planı açıqlanıb

ABŞ prezidenti Donald Trampın Ukrayna-Rusiya müharibəsini dayandırmaq məqsədilə hazırladığı və 28 maddədən ibarət olan barış planının detalları üzə çıxıb.

21 Noyabr 2025 22:41
Trampın Rusiya-Ukrayna üçün sülh planı açıqlanıb

Bakı,AzerVoice, Orxan Qədirzadə

ABŞ prezidenti Donald Trampın Ukrayna-Rusiya müharibəsini dayandırmaq məqsədilə hazırladığı və 28 maddədən ibarət olan sülh planının detalları üzə çıxıb.

AzerVoice-un məlumatına görə plan Kiyevdə Ukrayna və ABŞ rəsmiləri arasında keçirilən görüşlər zamanı paylaşılıb.

Planın hazırda ilkin layihə olduğu və bəzi maddələr üzrə dəyişikliklərin mümkün olduğu açıqlanıb.

Sənəd müharibənin dayandırılması, Ukraynanın təhlükəsizlik təminatları, Rusiyanın yenidən qlobal iqtisadi sistemə inteqrasiyası və mübahisəli ərazilərin statusu kimi bir çox mühüm komponentləri əhatə edir.

Layihəyə görə, Krım, Donetsk və Luqansk Rusiyaya məxsus ərazi kimi tanınacaq, Xerson və Zaporojye isə təmas xətti əsasında “donmuş status”da saxlanılacaq. Rusiya bu beş bölgədən kənar nəzarət etdiyi bütün ərazilərdən çəkiləcək. Ukrayna Donetskin öz nəzarətində olan hissəsindən çıxacaq və həmin zona beynəlxalq səviyyədə silahsızlaşdırılmış tampon bölgə kimi qəbul olunacaq. Tramp administrasiyası bu tanınmaya ABŞ-ın da qoşulmasını nəzərdə tutur.

Rusiya bu silahsızlaşdırılmış zonaya hərbi qüvvə yeritməyəcək, tərəflər gələcək ərazi dəyişikliklərini zorla həyata keçirməmək öhdəliyi götürəcəklər.

Sənəddə NATO ilə bağlı mühüm bəndlər yer alır.

Plana əsasən Ukrayna Konstitusiyada NATO-ya qoşulmayacağını rəsmiləşdirəcək, NATO Ukraynanın gələcəkdə üzv qəbul olunmayacağına dair öhdəlik götürəcək, Alyans Ukrayna ərazisində qoşun yerləşdirməyəcək, ABŞ və NATO Ukraynaya təhlükəsizlik zəmanəti verəcək, həmçinin o, 600 minlik ordudan çox silahlı qüvvəyə sahib ola bilməyəcək.

Plana əsasən, Rusiya tədricən sanksiyalardan azad ediləcək və qlobal iqtisadi sistemə yenidən inteqrasiya olunacaq. ABŞ Rusiya ilə enerji, Arktika resursları, süni intellekt, nadir metallar, infrastruktur üzrə uzunmüddətli iqtisadi əməkdaşlıq sazişi imzalayacaq. Moskva yenidən G8 formatına dəvət oluna bilər.

Dondurulmuş vəsaitlərlə bağlı maddə xüsusilə diqqət çəkir.

Plana görə Rusiyanın dondurulmuş 100 milyard dollarlıq vəsaiti Ukraynanın bərpasına yönəldiləcək, bu investisiya nəticəsində ABŞ əldə olunan gəlirin 50 faizini alacaq, Avropa əlavə 100 milyard dollar ayıracaq, qalan vəsait yeni ABŞ-Rusiya investisiya fonduna köçürüləcək.

Sənəd Ukraynanın müharibədən sonrakı iqtisadi modelini də müəyyənləşdirir.

Plana əsasən Ukrayna İnkişaf Fondu yaradılacaq, enerji infrastrukturu yenidən qurulacaq və ABŞ-ın iştirakı ilə istismar ediləcək, texnologiya, süni intellekt və data mərkəzlərinə milyardlarla sərmayə yönəldiləcək, şəhər və kəndlər üzrə genişmiqyaslı bərpa proqramı hazırlanacaq, qısa müddətdə Ukrayna Avropa bazarına preferensial giriş əldə edəcək və ABvropa İttifaqı üzvlüyünə namizəd kimi təsdiqlənəcək.

Plan siyasi idarəçilikdə də dəyişikliklər nəzərdə tutur.

Trampın planına görə müharibə zamanı bütün tərəflər tərəfindən edilən hərbi əməliyyatlar üçün tam amnistiya veriləcək, Ukraynada 100 gün ərzində seçkilər keçiriləcək, tərəflər müharibə cinayətləri ilə bağlı bir-birinə qarşı iddialardan imtina edəcək.

Qeyd edək ki, bu müddəa beynəlxalq hüquq cəmiyyətində tənqid doğura bilər, çünki məsuliyyət problemi ortadan qalxır.

Sənəddə həm Rusiya, həm ABŞ maraqlarına cavab verən elementlər olsa da, planın ümumi quruluşu Moskvanın ərazi tələblərini daha çox təmin edir, Ukraynanın NATO perspektivini bağlayır və Rusiyaya sanksiya çıxışı, iqtisadi reinteqrasiya və G8-ə dönüş qapısını açır.

Plan üzə çıxdıqdan sonra Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniya baş naziri Keyr Starmer Zelenski ilə telefon danışığı aparıb.

Liderlər Ukraynanın suverenliyinə dəstək verdiklərini, ABŞ-la koordinasiyanın davam etdiriləcəyini, barış prosesinin “ədalətli və davamlı” olmalı olduğunu bildiriblər.

Məqalədə: #Rusiya #Kiyev #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #ABŞ-Ukrayna münasibətləri #Ukrayna müharibəsi sülh danışıqları #Rusiya-Ukrayna müharibəsinin sonu #Rusiyanın Ukrayna ilə müharibəsi 2025 #Rusiya-Ukrayna müharibəsi və NATO #Rusiya Ukrayna sülh təşəbbüsü #Trampın Rusiya Ukrayna müharibəsindəki mövqeyi #Trampın 28 maddəlik sülh planı

Mövzu üzrə digər xəbərlər

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan
Siyasət

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

3 Sentyabr 13:34
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib
Neft və qaz

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

3 Sentyabr 11:32
Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk
Siyasət

Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

3 Sentyabr 11:17
Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov
Siyasət

Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

3 Sentyabr 10:07

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.