7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ Qəzzada HƏMAS-ın olmadığı yaşıl zona yaradacaq

ABŞ administrasiyası Qəzza zolağında İsrailin nəzarətində olan bölgələrdə fələstinlilər üçün alternativ yaşayış məntəqələrinin inşası üzərində işləyir. Bu barədə məlumatı The Wall Street Journal ABŞ, İsrail və ərəb rəsmilərinə istinadən yayıb.

22 Noyabr 2025 20:31
ABŞ Qəzzada HƏMAS-ın olmadığı yaşıl zona yaradacaq

Bakı,AzerVoice, Orxan Qədirzadə

ABŞ administrasiyası Qəzza zolağında İsrailin nəzarətində olan bölgələrdə fələstinlilər üçün alternativ yaşayış məntəqələrinin inşası üzərində işləyir. AzerVoice xəbər verir ki, bu barədə məlumatı The Wall Street Journal ABŞ, İsrail və ərəb rəsmilərinə istinadən yayıb.

Nəşrin məlumatına görə, məqsəd müharibədən sonra Qəzzanın bərpası prosesində mülki əhali üçün təhlükəsiz ərazilər yaratmaq və HƏMAS-ın nəzarətində olan ərazilərdən insanların çıxmasını təşviq etməkdir. Layihə ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı 20 maddəlik planında nəzərdə tutulan HƏMAS-ın tamamilə silahsızlaşdırılması və hakimiyyətdən uzaqlaşdırılması hədəfinin fonunda irəli sürülür.

Məqaləyə əsasən, ABŞ rəsmiləri bu əraziləri “yaşıl zona” kimi xarakterizə edir. Bu zonalarda yeni yaşayış məntəqələrinin salınması üçün ABŞ-ın rəhbərlik etdiyi mühəndis qrupları İsrailin cənubunda yerləşən Mülki-Hərbi Koordinasiya Mərkəzində planlaşdırma aparır, həmçinin dağıntıların və partlamamış sursatların təmizlənməsi ilə məşğuldur.

Yeni yaşayış massivlərində müvəqqəti mənzillər, məktəblər və xəstəxanaların qurulması planlaşdırılır. ABŞ rəsmilərinin sözlərinə görə, bu məntəqələr həm məcburi köçkünlərin yerləşdirilməsi, həm də müharibədən sonra genişmiqyaslı bərpa işləri üçün model rolunu oynaya bilər.

İlkin olaraq yeni şəhərciklərin Qəzzanın Misirlə sərhəddə yerləşən və İsrail qüvvələri tərəfindən böyük ölçüdə dağıdılmış Rəfah şəhərində tikilməsi nəzərdə tutulur. Şəhər may ayından bəri tamamilə İsrail nəzarətindədir. Layihə hələ ilkin mərhələdədir.

Hesabata əsasən, oktyabr ayında imzalanmış atəşkəs razılaşmasından sonra Qəzza faktiki olaraq Qərb hissəsi və Şərq hissəsi olmaqla iki zonaya bölünüb.

Qərb hissəsi HƏMAS nəzarətindədir və fələstinlilərin əksəriyyəti burada yaşayır.

Şərq hissəsi isə İsrail nəzarətindədir.

Məqalədə: #HƏMAS #Trampın Qəzza planı #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Qəzzada humanitar böhran #HƏMAS girovları #7 Oktyabr HƏMAS hücumu #ABŞ-ın Yaxın Şərq siyasəti #The Wall Street Journal #HƏMAS-sız yaşıl zona

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Fələstin

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir

13:35
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Fələstin

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?

4 Sentyabr 18:51
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
Yaxın Şərq

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

4 Sentyabr 17:46

Son Xəbərlər

BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
18:21
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
18:17
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
18:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.