Kral Salman adına Humanitar Yardım və Xilasetmə Mərkəzi ("KSrelief") mərkəzi mətbəx layihəsi vasitəsilə minlərlə porsiya yemək paylayaraq Fələstin xalqının məruz qaldığı çətinlikləri yüngülləşdirmək istiqamətində fəaliyyətini davam etdirir.
ArabAZ xəbər verir ki, mərkəzi mətbəx Qəzza zolağının mərkəzində və cənub hissəsində ən çox ehtiyacı olan təbəqələr arasında 25 min porsiya isti yemək paylayıb. Qəzza zolağındakı Fələstin xalqına yardım üzrə Səudiyyə xalq kampaniyası çərçivəsində həyata keçirilən bu təşəbbüsdən 25 min nəfər faydalanıb.
Bu təşəbbüs Səudiyyə Ərəbistanının heç bir ayrı-seçkilik qoymadan ehtiyac içində olan və zərər çəkmiş xalqlara dəstək göstərmək üzrə köklü humanitar prinsiplərinin təcəssümüdür. Eyni zamanda bu addım Krallığın müxtəlif sınaqlar və böhranlar zamanı Fələstin xalqının yanında olmaq üçün həyata keçirdiyi humanitar və yardım layihələrinin davamlı xarakter daşıdığını bir daha nümayiş etdirir.