9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Sudanda uşaq bağçasına edilən hücumda 33 uşaq öldürülüb

Sudanın cənub–mərkəzində yerləşən Kalogi qəsəbəsində uşaq bağçasına edilən pilotsuz uçuş aparatlı hücum 50 nəfərin ölümünə səbəb olub. Ölənlərdən 33-ü uşaqlardır. Bu barədə Sudan Həkimlər Şəbəkəsi məlumat verib.

6 Dekabr 2025 19:40
Sudanda uşaq bağçasına edilən hücumda 33 uşaq öldürülüb

BAKI, AzerVoice, Orxan Qədirzadə

Sudanın cənub–mərkəzində yerləşən Kalogi qəsəbəsində uşaq bağçasına edilən pilotsuz uçuş aparatlı hücum 50 nəfərin ölümünə səbəb olub. Ölənlərdən 33-ü uşaqlardır. AzerVoice xəbər verir ki, bu barədə Sudan Həkimlər Şəbəkəsi məlumat yayıb.

Hadisə yerinə çatan tibb heyəti də “ikinci, gözlənilməz hücumun” hədəfinə çevrilib. Hüquq müdafiəçiləri əlavə olaraq yaxınlıqdakı üçüncü mülki obyektin də vurulduğunu bildiriblər. Hücumun Çevik Dəstək Qüvvələrinin (RSF) etdiyi ehtimal edilir. Qrupun dinc sakinləri, xüsusilə uşaqları və kritik infrastrukturu hədəf alması “beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması” kimi qiymətləndirilir.

Ərazidə rabitənin kəsilməsi səbəbindən qurbanların sayının daha yüksək ola biləcəyi qeyd olunur.

Hadisə RSF ilə Sudan ordusu arasında iki ildən çox davam edən müharibənin yeni ağır mərhələsi fonunda baş verib. Döyüşlərin mərkəzi hazırda neftlə zəngin Kordofan bölgəsinə keçib. Son həftələr Kordofanda yüzlərlə mülki şəxs öldürülüb.

UNICEF-in Sudandakı nümayəndəsi Şeldon Yet hücumu “uşaqların hüquqlarının şəkildə pozulması” adlandırıb və bütün tərəfləri dərhal hücumları dayandırmağa çağırıb.

Ötən bazar Sudan ordusunun hava zərbələri də Cənubi Kordofanın Kauda şəhərində əksəriyyəti mülki şəxs olmaqla 48 nəfərin ölümünə səbəb olub.

BMT-nin İnsan Haqları üzrə komissarı Folker Türk xəbərdarlıq edib ki, Kordofan Əl-Fəşirdəki kimi yeni qətliamlara səhnə ola bilər.

RSF isə ayrıca bəyanat yayaraq Çad–Sudan sərhədindəki PUA hücumuna görə Sudan ordusunu günahlandırıb, lakin məlumat təsdiqlənməyib.

Sudanda 2023-cü ildən bəri davam edən hakimiyyət uğrunda mübarizədə 40 mindən çox insan öldürülüb, 12 milyon sakin isə evlərini tərk etməyə məcbur qalıb. Humanitar təşkilatlar real itki sayının daha yüksək olduğunu bildirir.

Məqalədə: #Sudanda bağçaya pilotsuz hücum: 50 ölü #33-ü uşaq #Kalogi faciəsi: RSF-in hücumu beynəlxalq narazılıq doğurdu #UNICEF: Uşaqlar müharibənin qiymətini ödəməməlidir #Sudanda PUA hücumu uşaq bağçasını hədəfə aldı #Kordofanda döyüşlər şiddətlənir #mülki itkilər artır #UNICEF və BMT-dən Sudana təcili çağırış #UN #UNICEF condemn strikes on civilians in Sudan #RSF blamed for deadly attacks as Kordofan violence escalates #Sudan drone strike on kindergarten kills 50 #including 33 children #ООН предупреждает о новых зверствах в регионе #RSF обвиняют в атаке на гражданские объекты в Кордофане

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Yəmən husi terrorçularından təmizlənir
Yəmən husi terrorçularından təmizlənir
07:32
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
07:24
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.