130-dan çox ölkədə böhran vəziyyəti elan edilib - UNICEF
UNICEF-in icraçı direktoru Ketrin Rassel dünyadakı münaqişələr, iqlim şokları, iqtisadi qeyri-sabitlik və bərabərsizliyin uşaqlar üzərində böyük təzyiq yaratdığını bildirib. O, 2026-cı ildə 130-dan çox ölkədə 200 milyondan çox uşağın humanitar yardıma ehtiyacı olacağını vurğulayıb. Rasselin sözlərinə görə, uşaqların qarşılaşdığı çətinliklər getdikcə daha mürəkkəb və qütbləşmiş xarakter alır.
UNICEF Qəzzada uşaq ölümləri ilə bağlı dünyanı təcili hərəkətə keçməyə çağırıb
BMT-nin Uşaq Fondu (UNICEF) Qəzza zolağında yaşayan uşaqların acınacaqlı vəziyyəti ilə bağlı həyəcan təbili çalaraq dəhşətli hesabat yayıb. Təşkilatın sözçüsü Ceyms Elderin verdiyi məlumata görə, 2025-ci ilin oktyabrında əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq, bölgədə hər gün orta hesabla bir uşaq həyatını itirir. Atəşkəs dövründə həlak olan uşaqların ümumi sayı artıq 100-ə çatıb.
Sudanda uşaq bağçasına edilən hücumda 33 uşaq öldürülüb
Sudanın cənub–mərkəzində yerləşən Kalogi qəsəbəsində uşaq bağçasına edilən pilotsuz uçuş aparatlı hücum 50 nəfərin ölümünə səbəb olub. Ölənlərdən 33-ü uşaqlardır. Bu barədə Sudan Həkimlər Şəbəkəsi məlumat verib.