6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsveçdə İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyası keçirilib

İsveçin paytaxtı Stokholmda İsrailin Qəzzaya qarşı davam edən hücumlarına etiraz olaraq kütləvi aksiya keçirilib. İctimai təşkilatların çağırışı ilə Odenplan meydanında toplaşan nümayişçilər 10 oktyabrda əldə edilmiş atəşkəsin İsrail tərəfindən pozulmasına, hava zərbələrinin davam etməsinə və humanitar yardımın məhdudlaşdırılmasına etirazlarını bildirib.

6 Dekabr 2025 20:03
İsveçdə İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyası keçirilib

BAKI, AzerVoice, Orxan Qədirzadə

İsveçin paytaxtı Stokholmda İsrailin Qəzzaya qarşı davam edən hücumlarına etiraz olaraq kütləvi aksiya keçirilib.

AzerVoice xəbər verir ki, ictimai təşkilatların çağırışı ilə Odenplan meydanında toplaşan nümayişçilər 10 oktyabrda əldə edilmiş atəşkəsin İsrail tərəfindən pozulmasına, hava zərbələrinin davam etməsinə və humanitar yardımın məhdudlaşdırılmasına etirazlarını bildirib.

Aksiya iştirakçıları “Mülki əhalinin bombalanması özünümüdafiə deyil”, “Soyqırıma son”, “Qida yardımına qoyulan məhdudiyyətlər dayandırılsın”, “Fələstinlə həmrəylik” kimi şüarlar səsləndirərək İsveç hökumətini İsrailə qarşı hərtərəfli silah embarqosu tətbiq etməyə çağırıblar.

Nümayişçilər daha sonra yürüş edərək İsveç parlamentinin binası önünə doğru hərəkət ediblər.

Aksiyada iştirak edən isveçli alim və ictimai fəal Roberto Felicetti Anadolu agentliyinə açıqlamasında bildirib ki, 10 oktyabr tarixindən bəri Qəzzada atəşkəs hökm sürməli idi, lakin İsrail buna əməl etmir və mülki şəxsləri hədəfə alır.

Onun sözlərinə görə, hər gün onlarla fələstinlinin qətlə yetirilməsi atəşkəsin birtərəfli şəkildə İsrail tərəfindən pozulduğunu göstərir.

O qeyd edib ki, İsrailin atəşkəsi pozmasına qarşı mübarizəni davam etdirəcəklər. “İsrail mallarını boykot etməyə və hökumətimizdən sanksiyalar tələb etməyə davam edəcəyik.”- o, deyib.

Məqalədə: #Stokholmda İsrailin Qəzzaya hücumlarına qarşı kütləvi etiraz keçirilib #İsveç aksiyaçıları: Atəşkəs pozulur #mülki əhali hədəfdədir #Nümayişçilər İsveç hökumətini İsrailə silah embarqosuna çağırdı #İsveçdə Qəzza həmrəyliyi: yüzlərlə insan küçələrə çıxdı #Aktivistlər: İsrail atəşkəsi dəfələrlə pozub #Stokholm aksiyası: humanitar yardım məhdudiyyətlərinə etiraz #В Стокгольме прошла акция против ударов Израиля по Газе #Демонстранты требуют эмбарго на поставки оружия Израилю #Шведские активисты обвиняют Израиль в нарушении перемирия

Mövzu üzrə digər xəbərlər

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

11:02
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.