İsveçdə İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyası keçirilib
İsveçin paytaxtı Stokholmda İsrailin Qəzzaya qarşı davam edən hücumlarına etiraz olaraq kütləvi aksiya keçirilib. İctimai təşkilatların çağırışı ilə Odenplan meydanında toplaşan nümayişçilər 10 oktyabrda əldə edilmiş atəşkəsin İsrail tərəfindən pozulmasına, hava zərbələrinin davam etməsinə və humanitar yardımın məhdudlaşdırılmasına etirazlarını bildirib.