9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Zelenski Rusiya-Çin əməkdaşlığının daha yaxından izlənilməsi barədə tapşırıq verib

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Xarici Kəşfiyyat Xidmətinə (XKX) Rusiya və Çin arasındakı əməkdaşlığı “daha ətraflı” izləmək tapşırığı verib. Zelenskinin sözlərinə görə, o, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleg İvaşenkodan regional siyasi vəziyyət, Rusiyada gedən proseslər və Moskvanın Çinlə iqtisadi-siyasi əlaqələri barədə məlumat alıb. İfaşenko şirkətlərin və dövlət institutlarının Çin texnologiyalarına, investisiyalarına və iqtisadi prioritetlərinə bağlılığı ilə bağlı məlumat verib.

10 Dekabr 2025 19:46
Zelenski Rusiya-Çin əməkdaşlığının daha yaxından izlənilməsi barədə tapşırıq verib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Xarici Kəşfiyyat Xidmətinə (XKX) Rusiya və Çin arasındakı əməkdaşlığı “daha ətraflı” izləmək tapşırığı verib.

AzerVoice xəbər verir ki, bu barədə dövlət başçısı özünün Telegram kanalında məlumat paylaşıb.

Zelenskinin sözlərinə görə, o, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleg İvaşenkodan regional siyasi vəziyyət, Rusiyada gedən proseslər və Moskvanın Çinlə iqtisadi-siyasi əlaqələri barədə məlumat alıb. İfaşenko şirkətlərin və dövlət institutlarının Çin texnologiyalarına, investisiyalarına və iqtisadi prioritetlərinə bağlılığı ilə bağlı məlumat verib.

Zelenski bildirib ki, kəşfiyyat Rusiyanın bəzi resurslara malik ərazilərində Çinə iqtisadi asılılığın artdığını və iki ölkə arasında müxtəlif formatlarda əməkdaşlığın genişləndiyini müşahidə edir. Onun sözlərinə görə, tərəfdaş ölkələrin kəşfiyyat qurumları da bu istiqamətdə bənzər məlumatlara malikdir.

Prezident yazıb ki, Ukraynanın milli maraqları və Avropa ilə Amerika tərəfdaşlarının maraqları baxımından Rusiya–Çin əməkdaşlığına dair bütün aspektlərin daha diqqətlə izlənməsini tapşırıb.

Zelenskinin sözlərinə görə, İvaşenko həm də Ukraynada sabitliyə təsir etmək məqsədilə Rusiya tərəfindən həyata keçirildiyi iddia edilən siyasi kampaniyalar barədə məlumat verib. O bildirib ki, bu fəaliyyətlərin qarşısını almaq üçün tədbirlər görüləcək.

Prezident həmçinin Ukrayna uşaqlarının geri qaytarılması və əsir mübadiləsi ilə bağlı Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin davam etdiyini qeyd edib.

Məqalədə: #Zelenski: Rusiya–Çin əməkdaşlığının daha yaxından izlənməsi tapşırılıb #Ukrayna Prezidenti kəşfiyyatdan Moskva–Pekin əlaqələrinə dair geniş monitorinq tələb etdi #Zelenski: Regional siyasi proseslər və informasiya fəaliyyətləri qiymətləndirilir #Зеленский поручил спецслужбам детальнее отслеживать сотрудничество РФ и КНР #В СВР Украины сообщили о росте зависимости России от Китая #Зеленский: Москва и Пекин активизируют взаимодействие в ряде сфер #Zelensky instructs intelligence to closely monitor Russia–China cooperation #Ukraine’s foreign intelligence briefed president on Moscow–Beijing dynamics #Zelensky notes concerns over political campaigns and security challenges

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Yəmən husi terrorçularından təmizlənir
Yəmən husi terrorçularından təmizlənir
07:32
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
07:24
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.