Zelenski Rusiya-Çin əməkdaşlığının daha yaxından izlənilməsi barədə tapşırıq verib
Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Xarici Kəşfiyyat Xidmətinə (XKX) Rusiya və Çin arasındakı əməkdaşlığı “daha ətraflı” izləmək tapşırığı verib. Zelenskinin sözlərinə görə, o, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleg İvaşenkodan regional siyasi vəziyyət, Rusiyada gedən proseslər və Moskvanın Çinlə iqtisadi-siyasi əlaqələri barədə məlumat alıb. İfaşenko şirkətlərin və dövlət institutlarının Çin texnologiyalarına, investisiyalarına və iqtisadi prioritetlərinə bağlılığı ilə bağlı məlumat verib.