7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Pxenyanda Rusiyadan qayıdan şimali koreyalı hərbçilər üçün mərasim keçirilib

Pxenyanda Rusiya ərazisində minalardan təmizləmə tapşırığını yerinə yetirdikdən sonra geri qayıdan Şimali Koreya hərbçilərinin qarşılanma mərasimi keçirilib. Tədbirdə Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In şəxsən iştirak edib.

13 Dekabr 2025 20:59
Pxenyanda Rusiyadan qayıdan şimali koreyalı hərbçilər üçün mərasim keçirilib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Pxenyanda Rusiya ərazisində minalardan təmizləmə tapşırığını yerinə yetirdikdən sonra geri qayıdan Şimali Koreya hərbçilərinin qarşılanma mərasimi keçirilib. Tədbirdə Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In şəxsən iştirak edib.

AzerVoice xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Kim Çen In avqust ayında Şimali Koreya hərbçilərini Rusiyanın Kursk vilayətinə minalardan təmizləmə işləri aparmaq üçün göndərib. Tapşırığın başa çatmasından sonra hərbçilərin şərəfinə Pxenyanda rəsmi mərasim təşkil olunub.

Çıxışı zamanı Kim Çen In missiya zamanı doqquz şimali koreyalı hərbçinin həlak olmasından dərin təəssüf hissi keçirdiyini, eyni zamanda digər hərbçilərin salamat şəkildə vətənə qayıtmasından məmnunluğunu ifadə edib.

Koreya Mərkəzi Teleqraf Agentliyinin (KCTA) yaydığı fotoşəkillərdə Kim Çen Inin yaralanmış əsgərləri, eləcə də həlak olan hərbçilərin ailə üzvlərini qucaqladığı əks olunub.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl Rusiya ilə KXDR arasında 2024-cü ilin iyununda imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin 2024-cü ilin dekabrında qüvvəyə mindiyini açıqlayıb.

Rəsmi Moskvanın bəyanatında qeyd olunub ki, sazişin qüvvəyə minməsi ikitərəfli əməkdaşlığın yeni strateji səviyyədə inkişafına, həmçinin Şimal-Şərqi Asiya və Asiya–Sakit okean regionunda bölünməz təhlükəsizlik sisteminin möhkəmlənməsinə töhfə verəcək.

Bununla yanaşı, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) daha əvvəl Rusiya–Ukrayna münaqişəsi zonasına göndərildiyi iddia edilən təxminən iki min şimali koreyalı hərbçinin həlak ola biləcəyi barədə açıqlama verib.

Məqalədə: #Pxenyanda Rusiyadan qayıdan şimali koreyalı hərbçilər üçün mərasim keçirilib #Kim Çen In Rusiyada tapşırıq yerinə yetirmiş hərbçilərin qarşılanma mərasimində iştirak edib #KXDR Rusiyadakı minalardan təmizləmə missiyasını başa vuran əsgərləri qarşıladı #В Пхеньяне состоялась церемония встречи военнослужащих #вернувшихся из России #Ким Чен Ын принял участие во встрече военных после миссии в РФ #Военные КНДР вернулись из России после работ по разминированию #North Korean troops return from Russia #welcomed in Pyongyang #Kim Jong Un attends ceremony for soldiers returning from Russia #DPRK holds reception for troops after demining mission in Russia

Mövzu üzrə digər xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

6 Sentyabr 11:02
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
14:08
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
14:07
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
14:00
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
13:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.