7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Belçika Cənubi Afrikanın İsrailə qarşı qaldırdığı soyqırımı işi üzrə prosesə qoşulub

Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Belçikanın Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı soyqırımı işi üzrə prosesə qoşulmaq üçün rəsmi müraciət etdiyini açıqlayıb. BƏM-in yaydığı yazılı bəyanatda Belçikanın 1948-ci il tarixli “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya çərçivəsində açılmış işə qoşulmaq niyyətində olduğu bildirilib.

23 Dekabr 2025 22:15
Belçika Cənubi Afrikanın İsrailə qarşı qaldırdığı soyqırımı işi üzrə prosesə qoşulub

BAKI, AzerVoice, Orxan Qədirzadə

Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Belçikanın Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı soyqırımı işi üzrə prosesə qoşulmaq üçün rəsmi müraciət etdiyini açıqlayıb.

AzerVoice-un məlumatına görə, BƏM-in yaydığı yazılı bəyanatda Belçikanın 1948-ci il tarixli “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya çərçivəsində açılmış işə qoşulmaq niyyətində olduğu bildirilib.

Belçikanın müraciətində vurğulanıb ki, ölkə BƏM Nizamnaməsinin 63-cü maddəsinə əsasən bu işdə iştirak hüququndan istifadə edir. Sənəddə, xüsusilə soyqırım niyyətinin müəyyən edilməsi məsələsində Konvensiyanın daha geniş şərh edilməsinin zəruriliyi qeyd olunub.

Belçika bildirib ki, hərbi əməliyyatlarla bağlı hallarda elə bir hüquqi interpretasiya formalaşdırılmalıdır ki, bu, soyqırım niyyətinin sübut edilməsini çətinləşdirməsin və ya faktiki olaraq mümkünsüz etməsin. Müraciətdə qeyd olunub ki, beynəlxalq hüquq təcrübəsində silahlı münaqişə şəraitində törədilən əməllərin avtomatik olaraq soyqırım kimi qiymətləndirilməsini istisna edən presedent mövcud deyil.

Sənəddə həmçinin vurğulanıb ki, hərbi məqsədlərlə həyata keçirilən hücumlar da soyqırım niyyəti ilə baş verə bilər və xüsusilə uşaqlara və müdafiəsiz şəxslərə qarşı hücumlar bu niyyətin göstəricisi kimi qiymətləndirilə bilər.

Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikası və İsraili Belçikanın müraciəti ilə bağlı yazılı mövqelərini təqdim etməyə dəvət edib.

Qeyd edək ki, Cənubi Afrika Respublikası 29 dekabr 2023-cü ildə İsrailə qarşı BƏM-də iddia qaldıraraq, Qəzza zolağında həyata keçirilən hərbi əməliyyatların Soyqırım Konvensiyasını pozduğunu iddia edib.

Cənubi Afrika məhkəmədən Qəzzada yaranmış ağır humanitar vəziyyətlə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsini xahiş edib. BƏM 26 yanvar, 28 mart və 24 may 2024-cü il tarixlərində üç ayrı qərar qəbul edərək İsrailə soyqırımın qarşısının alınması üçün bütün zəruri tədbirlərin görülməsi, xüsusilə Rəfahda soyqırıma yol aça biləcək hərbi əməliyyatların dayandırılması və görülən tədbirlər barədə mütəmadi hesabatların təqdim edilməsi barədə göstəriş verib.

Məqalədə: #Beynəlxalq Ədalət Məhkəməsi #Belçika Cənubi Afrikanın İsrailə qarşı iddiasına qoşulmaq üçün müraciət edib #BƏM-də İsrailə qarşı soyqırımı işi üzrə yeni iştirakçı #Belçika Qəzza işi üzrə beynəlxalq məhkəmə prosesində yer alır #İsrailə qarşı iddia: Belçika da prosesə qoşulub #soyqırımı niyyətinin sübutu #hərbi əməliyyatlar və beynəlxalq hüquq #uşaqlara qarşı hücumlar #Belgium Files Request to Join ICJ Genocide Case Against Israel #ICJ Confirms Belgium’s Intervention in South Africa–Israel Case #Belgium Seeks Role in Gaza Genocide Proceedings at ICJ #Belgium Backs South Africa’s Genocide Case Against Israel

Mövzu üzrə digər xəbərlər

İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb
Fələstin

İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

31 Avqust 10:39
Bezalel Smotriç fələstinlilərə məxsus tikililərin sökülməsini alqışlayıb
Fələstin

Bezalel Smotriç fələstinlilərə məxsus tikililərin sökülməsini alqışlayıb

12 Avqust 18:16
Fələstin ərazilərində insan hüquqları böhranı dərinləşir - BMT
Fələstin

Fələstin ərazilərində insan hüquqları böhranı dərinləşir - BMT

10 Avqust 19:50
Böyük Britaniyada 70-dən çox deputat Baş naziri Qəzza ilə bağlı tədbirlər görməyə çağırıb
Digər Dövlətlər

Böyük Britaniyada 70-dən çox deputat Baş naziri Qəzza ilə bağlı tədbirlər görməyə çağırıb

23 İyul 20:01

Son Xəbərlər

Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
09:00
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.