6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailin Somaliland qərarından sonra Trampdan açıqlama - Eyni addımı atmayacağıq

ABŞ Prezidenti “Somalilandı doğrudan da tanıyan varmı?” sualını səsləndirərək, tanınma qərarının bu mərhələdə verilməyəcəyini açıqlayıb. Somalilandın strateji əhəmiyyətə malik Aden körfəzində liman təklif etməsi ilə bağlı suala isə Trampın “Nə böyük hadisə!” deyə istehzalı cavab verdiyi qeyd olunub.

27 Dekabr 2025 15:12
İsrailin Somaliland qərarından sonra Trampdan açıqlama - Eyni addımı atmayacağıq

BAKI,AzerVoice, Fərid Mikayılov

ABŞ Prezidenti Donald Tramp, İsrailin Somalilandı müstəqil dövlət kimi tanımasından sonra Vaşinqtonun hələlik eyni addımı atmağa hazır olmadığını bildirib.

AzerVoice xəbər verir ki, Tramp deyib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun atdığı addımı dərhal təkrarlamaq niyyətində deyil.

O, Somalilandın müstəqilliyinin tanınması məsələsinin hazırda araşdırıldığını vurğulayıb.

“Hər şey araşdırma mərhələsindədir. Bu məsələ üzərində işləyəcəyik. Bir çox mövzunu nəzərdən keçiririk və möhtəşəm qərarlar qəbul edirik” - deyə Tramp bildirib.

ABŞ Prezidenti “Somalilandı doğrudan da tanıyan varmı?” sualını səsləndirərək, tanınma qərarının bu mərhələdə verilməyəcəyini açıqlayıb. Somalilandın strateji əhəmiyyətə malik Aden körfəzində liman təklif etməsi ilə bağlı suala isə Trampın “Nə böyük hadisə!” deyə istehzalı cavab verdiyi qeyd olunub.

Tramp avqust ayında verdiyi açıqlamada Somalilandın tanınması ehtimalını nəzərdən keçirdiklərini bildirmişdi. O zaman ABŞ Prezidenti bu məsələnin mürəkkəb olduğunu, lakin araşdırıldığını demişdi.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu dünən Somaliland bölgəsini “müstəqil və suveren dövlət” kimi tanıdıqlarını elan edib. Bununla da İsrail Somalilandı rəsmi şəkildə tanıyan ilk ölkə olub.

Somaliland 1991-ci ildə Somalidən birtərəfli qaydada ayrıldığını elan etsə də, indiyədək beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınmayıb. Somali hökuməti isə Somalilandı ölkənin ayrılmaz hissəsi hesab edir və bölgə ilə bağlı beynəlxalq razılaşmaların yalnız Moqadişu rəhbərliyinin səlahiyyətində olduğunu vurğulayır.

İsrailin tanıma qərarından sonra Somalilandın paytaxtı Hargeisada kütləvi qeyd etmələr keçirilib. Şəhər meydanında toplaşan insanlar iştirak edib, muzey binasına İsrail bayrağı əks etdirilib.

İsrail mediasında yer alan şərhlərə görə, Netanyahunun Somalilandla maraqlanmasının əsas səbəblərindən biri bölgənin Yəmənə və husilərə yaxın strateji mövqeyidir. Bildirilir ki, MOSSAD uzun illərdir bölgədə fəaliyyət göstərir.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #ABŞ #Tel-Əviv #Donald Tramp #Vaşinqton #İsrail Somalilandı müstəqil dövlət kimi tanıdı #İsrailin Somaliland qərarı Afrika Buynuzunda gərginlik yaradıb #Türkiyə İsrailin Somalilandı tanımasını beynəlxalq hüquqa zidd adlandırdı #Israel Recognizes Somaliland as Independent State #Somaliland statusu #İsrail Somalilandı niyə tanıdı #Türkiyənin Somaliland mövqeyi #Netanyahu Somaliland #Somaliland

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.