İsrailin Somaliland qərarından sonra Trampdan açıqlama - Eyni addımı atmayacağıq
ABŞ Prezidenti “Somalilandı doğrudan da tanıyan varmı?” sualını səsləndirərək, tanınma qərarının bu mərhələdə verilməyəcəyini açıqlayıb. Somalilandın strateji əhəmiyyətə malik Aden körfəzində liman təklif etməsi ilə bağlı suala isə Trampın “Nə böyük hadisə!” deyə istehzalı cavab verdiyi qeyd olunub.
İsrailin Somalilandı tanımasından sonra Türkiyə regional diplomatik təmaslara başlayıb
İsrailin Somali Federativ Respublikasından birtərəfli qaydada ayrıldığını elan etmiş Somaliland regionunu müstəqil dövlət kimi tanımasından sonra Türkiyə regional və beynəlxalq diplomatik təşəbbüslərini aktivləşdirib.