7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailin Somalilandı tanımasından sonra Türkiyə regional diplomatik təmaslara başlayıb

İsrailin Somali Federativ Respublikasından birtərəfli qaydada ayrıldığını elan etmiş Somaliland regionunu müstəqil dövlət kimi tanımasından sonra Türkiyə regional və beynəlxalq diplomatik təşəbbüslərini aktivləşdirib.

27 Dekabr 2025 04:00
İsrailin Somalilandı tanımasından sonra Türkiyə regional diplomatik təmaslara başlayıb

BAKI, AzerVoice, Orxan Qədirzadə

İsrailin Somali Federativ Respublikasından birtərəfli qaydada ayrıldığını elan etmiş Somaliland regionunu müstəqil dövlət kimi tanımasından sonra Türkiyə regional və beynəlxalq diplomatik təşəbbüslərini aktivləşdirib.

AzerVoice xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin bu addımı fonunda bir sıra yüksək səviyyəli telefon danışıqları aparıb. Danışıqlar Misir, Səudiyyə Ərəbistanı və İordaniya xarici işlər nazirləri ilə keçirilib.

Telefon danışıqları zamanı Somalilandla bağlı yaranmış vəziyyət, Somali Federativ Respublikasının ərazi bütövlüyü məsələsi və regionda mümkün siyasi nəticələr müzakirə edilib. Eyni zamanda Qəzza zolağındakı mövcud humanitar və təhlükəsizlik vəziyyət da gündəmdə olub.

Məlumata əsasən, nazir Hakan Fidan Misirin xarici işlər naziri Bədr Abdel Ati, Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan Əl Səud və İordaniyanın xarici işlər naziri Ayman Safadi ilə ayrıca telefon əlaqələri saxlayıb.

Bununla yanaşı, Türkiyənin xarici işlər naziri ABŞ-nin Afrika üzrə yüksək səviyyəli müşaviri Massad Boulos ilə də telefon danışığı apararaq, Somaliland məsələsi və Afrika Buynuzunda yaranan vəziyyət ətrafında fikir mübadiləsi edib.

Danışıqlarda İsrailin Somalilandı tanımasının Somali Federativ Respublikasının daxili işlərinə müdaxilə xarakteri daşıdığı, bu addımın Afrika Buynuzunda mövcud olan həssas siyasi balanslara və regional sabitliyə mənfi təsir göstərə biləcəyi vurğulanıb.

Xatırladaq ki, İsrail Somaliland regionunu müstəqil dövlət kimi tanıdığını açıqlayaraq bu addımı atan ilk ölkə olub. Somali hökuməti isə Somalilandı ölkənin ayrılmaz hissəsi hesab edir və regionla bağlı beynəlxalq səviyyədə atılan istənilən addımın yalnız Moqadişo hökumətinin səlahiyyətində olduğunu bildirir.

Türkiyə rəsmi səviyyədə Somali Federativ Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini davam etdirdiyini dəfələrlə bəyan edib.

Məqalədə: #Regional diplomatiya #Somaliland statusu #Somali ərazi bütövlüyü #İsrailin Somaliland qərarından sonra Türkiyə regional diplomatik təmaslara başladı #Türkiyə Somaliland məsələsi ilə bağlı Misir #Səudiyyə Ərəbistanı və İordaniya ilə məsləhətləşmələr apardı #İsrailin Somalilandı tanıması Afrika Buynuzunda diplomatik fəallığı artırdı #Turkey Launches Diplomatic Talks After Israel Recognizes Somaliland #Turkey Consults Egypt #Saudi Arabia and Jordan on Somaliland Issue #Israel’s Recognition of Somaliland Triggers Regional Diplomacy #Afrika Buynuzu geosiyasəti #İsrailin tanıma qərarı #Türkiyənin Somaliland mövqeyi

Mövzu üzrə digər xəbərlər

İran mənbəsi: ABŞ ilə siyasi anlaşma əldə olunub, yekun saziş hələ imzalanmayıb
İran

İran mənbəsi: ABŞ ilə siyasi anlaşma əldə olunub, yekun saziş hələ imzalanmayıb

29 May 21:16
Qətər diplomatik təşəbbüsləri genişləndirir
Digər Dövlətlər

Qətər diplomatik təşəbbüsləri genişləndirir

26 May 22:24
Trampın normallaşma planı yeni müzakirələr yaratdı
Digər Dövlətlər

Trampın normallaşma planı yeni müzakirələr yaratdı

26 May 22:20
Rəcəb Tayyib Ərdoğan Pezeşkianla danışdı: Türkiyə sülh danışıqlarına dəstəyini davam etdirəcək
Türkiyə

Rəcəb Tayyib Ərdoğan Pezeşkianla danışdı: Türkiyə sülh danışıqlarına dəstəyini davam etdirəcək

26 May 22:13

Son Xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.