7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ, İsrail və Avropa ilə genişmiqyaslı müharibə şəraitindəyik - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İran hazırda ABŞ, İsrail və Avropa ölkələri ilə “genişmiqyaslı müharibə” vəziyyətindədir. Bu barədə İranın “Əl-Aləm” televiziya kanalı məlumat yayıb. Prezidentin sözlərinə görə, qeyd olunan tərəflər İranın inkişaf etməsini istəmir və ölkəyə qarşı müxtəlif istiqamətlərdən təzyiq siyasəti yürüdür. Pezeşkian vurğulayıb ki, İsrail İrana qarşı həyata keçirdiyi hücumların ölkədə siyasi sistemin dağılmasına gətirib çıxaracağını düşünürdü, lakin bu gözləntilər doğrulmayıb.

27 Dekabr 2025 22:56
ABŞ, İsrail və Avropa ilə genişmiqyaslı müharibə şəraitindəyik - Pezeşkian

BAKI, AzerVoice, Orxan Qədirzadə

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İran hazırda ABŞ, İsrail və Avropa ölkələri ilə “genişmiqyaslı müharibə” vəziyyətindədir.

AzerVoice xəbər verir ki, bu barədə İranın “Əl-Aləm” televiziya kanalı məlumat yayıb.

Prezidentin sözlərinə görə, qeyd olunan tərəflər İranın inkişaf etməsini istəmir və ölkəyə qarşı müxtəlif istiqamətlərdən təzyiq siyasəti yürüdür. Pezeşkian vurğulayıb ki, İsrail İrana qarşı həyata keçirdiyi hücumların ölkədə siyasi sistemin dağılmasına gətirib çıxaracağını düşünürdü, lakin bu gözləntilər doğrulmayıb.

İran Prezidenti əlavə edib ki, ölkə mövcud təzyiqlərə və sanksiyalara baxmayaraq vəziyyəti nəzarətdə saxlaya bilib və bu mərhələdən də çıxmaq gücünə malikdir. Onun sözlərinə görə, İran ordusu İsrail ilə baş vermiş qarşıdurmadan əvvəlki dövrlə müqayisədə hazırda daha güclü vəziyyətdədir.

Pezeşkian qeyd edib ki, əgər İsrail və ABŞ tərəfindən yeni hücumlar həyata keçirilərsə, İran buna daha sərt cavab verəcək və qarşı tərəfə “daha ağır dərs” verəcək.

Xatırladaq ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran tərəfindən atılacaq hər hansı addım sərt cavabla qarşılanacaq. Netanyahu eyni zamanda İsrailin İranla açıq müharibə axtarışında olmadığını, lakin Tehranın hərbi manevrlərini diqqətlə izlədiklərini qeyd edib.

Xatırladaq ki, iyunda İsrail İran ərazisinə hücum edərək bir sıra yüksək rütbəli hərbi komandiri və nüvə alimlərini hədəfə almışdı. 12 gün davam edən qarşıdurmanın son mərhələsində ABŞ də prosesə qoşularaq İranın əsas nüvə obyektlərini bunkeri deşən partlayıcılarla bombalamışdı.

Məqalədə: #İran ordusu #İran Cumhurbaşkanı: ABD ve İsrail ile kapsamlı savaş halindeyiz #Tahran’dan Washington ve Tel Aviv’e sert mesaj #Pezeşkian: Yeni saldırılar daha ağır karşılık bulur #İran-İsrail gerilimi yeniden tırmanıyor #İran ordusunun gücü arttı açıklaması #İran Prezidenti: ABŞ və İsrail ilə genişmiqyaslı qarşıdurmadayıq #Tehran Vaşinqton və Təl-Əvivə xəbərdarlıq etdi #Pezeşkian: Yeni hücumlar daha sərt cavabla qarşılanacaq #İran rəhbərliyi Qərbə qarşı müharibə ritorikasını gücləndirir #İsrail–İran gərginliyi: Tehran genişmiqyaslı müharibə mesajı verdi #İran İsrail gərginliyi #ABŞ–İran münasibətləri #Yaxın Şərq təhlükəsizliyi

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran
İran

ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran

5 Sentyabr 18:12
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”

4 Sentyabr 17:33
Bəhreyn İranın Küveytə hücumlarını kəskin pisləyib
Bəhreyn

Bəhreyn İranın Küveytə hücumlarını kəskin pisləyib

3 Sentyabr 18:53
İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır
İran

İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

2 Sentyabr 20:28

Son Xəbərlər

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
11:46
Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib
Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib
11:12
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
11:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.