14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran Maduronun azadlığa buraxılmasını tələb edir

İran XİN sözçüsü ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi müdaxiləni kəskin şəkildə pisləyərək, bu addımı milli suverenliyin fundamental prinsiplərinin açıq şəkildə pozulması kimi qiymətləndirib. Bəqai bildirib ki, belə bir hücum heç bir halda əsaslandırıla bilməz və beynəlxalq hüquqa ziddir. Onun sözlərinə görə, beynəlxalq normaların davamlı şəkildə pozulması qlobal ictimaiyyəti ciddi nəticələr barədə düşünməyə vadar etməlidir.

5 Yanvar 2026 12:53
İran Maduronun azadlığa buraxılmasını tələb edir

BAKI,AzerVoice, Fərid Mikayılov

İran Venesuela Prezidenti Nikolas Maduronun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.

AzerVoice xəbər verir ki, bu çağırış İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai tərəfindən səsləndirilib.

İran XİN sözçüsü ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi müdaxiləni kəskin şəkildə pisləyərək, bu addımı milli suverenliyin fundamental prinsiplərinin açıq şəkildə pozulması kimi qiymətləndirib. Bəqai bildirib ki, belə bir hücum heç bir halda əsaslandırıla bilməz və beynəlxalq hüquqa ziddir.

Onun sözlərinə görə, beynəlxalq normaların davamlı şəkildə pozulması qlobal ictimaiyyəti ciddi nəticələr barədə düşünməyə vadar etməlidir.

Bəqai beynəlxalq münasibətlərdə “açıq güc tətbiqinin” bütün mövcud norma və qaydalara zidd olduğunu vurğulayaraq, bunun qəti şəkildə qəbuledilməz olduğunu qeyd edib. O, həmçinin “güc yolu ilə sülh” anlayışının təşviq edilməsinin hüquqsuz bir dünya yaratmaq anlamına gəldiyini bildirib.

Bəqai Venesueladakı vəziyyətlə bağlı İran vətəndaşlarının təhlükəsizliyinə də toxunub. Bildirilib ki, İran İslam Respublikasının Venesueladakı səfirliyi və diplomatik heyəti tam təhlükəsizlik şəraitdədir və ölkədə yaşayan İran vətəndaşlarının durumu daimi nəzarətdə saxlanılır. Hazırda heç bir insident barədə məlumat daxil olmayıb.

İran XİN sözçüsü vurğulayıb ki, Venesuelada idarəetmə sistemi dəyişməyib və rəsmi Tehran öz milli maraqlarının qorunması baxımından vəziyyəti yaxından izləməkdə davam edir.

Məqalədə: #İran #ABŞ #Tehran #Vaşinqton #İran XİN #İran-ABŞ münasibətləri #İsmayıl Bəqai #Karakas #ABŞ Venesuela hərbi müdaxilə #İran–Venesuela münasibətləri

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

13 Sentyabr 18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

13 Sentyabr 15:22

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.