7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Vatikan Maduro üçün ABŞ-la gizli diplomatik əlaqə saxlayıb

Vatikan ötən ilin dekabr ayının sonunda ABŞ-ı Venesuela Prezidenti Nikolas Maduroya ölkəni tərk etmək və Rusiyada siyasi sığınacaq almaq imkanı verməyə razı salmağa çalışıb. Danışıqları Müqəddəs Taxt-Tacın dövlət katibi, italiyalı kardinal Pyetro Parolin aparıb. O, Milad bayramı ərəfəsində ABŞ-ın Vatikandakı səfiri Brayan Berçi təcili şəkildə qəbul edərək Vaşinqtonun Venesuela ilə bağlı planları ilə maraqlanıb.

13 Yanvar 2026 04:00
Vatikan Maduro üçün ABŞ-la gizli diplomatik əlaqə saxlayıb

BAKI, AzerVoice, Orxan Qədirzadə

Vatikan ötən ilin dekabr ayının sonunda ABŞ-ı Venesuela Prezidenti Nikolas Maduroya ölkəni tərk etmək və Rusiyada siyasi sığınacaq almaq imkanı verməyə razı salmağa çalışıb.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ-ın “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, danışıqları Müqəddəs Taxt-Tacın dövlət katibi, italiyalı kardinal Pyetro Parolin aparıb. O, Milad bayramı ərəfəsində ABŞ-ın Vatikandakı səfiri Brayan Berçi təcili şəkildə qəbul edərək Vaşinqtonun Venesuela ilə bağlı planları ilə maraqlanıb.

Görüş zamanı Parolin ABŞ-ın “səbir nümayiş etdirməli” olduğunu bildirib və Nikolas Maduroya yaranmış vəziyyətdən “çıxış yolu” təklif edilməsinin vacibliyini vurğulayıb. O, Moskvanın Venesuela liderinə siyasi sığınacaq verməyə hazır olduğunu da amerikalı diplomatın diqqətinə çatdırıb.

Mənbələrin bildirdiyinə görə, bir neçə gün ərzində Parolin ABŞ dövlət katibi Marko Rubio ilə əlaqə yaratmağa çalışıb və məqsədinin Venesuelada qan tökülməsinin və ölkənin daha dərin destabilizasiyasının qarşısını almaq olduğu qeyd edilib.

Rusiya tərəfinin mövqeyi ilə tanış olan mənbə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Nikolas Maduroya təhlükəsizlik zəmanəti verib və yalnız onun özünü deyil, ətrafını da qəbul etməyə hazır olub.

Digər mənbənin sözlərinə görə, ABŞ-ın xüsusi əməliyyatına bir neçə gün qalmış Maduroya “son xəbərdarlıq” edilib. Lakin Venesuela liderinin razılaşmaya getmək niyyətində olmadığı və “baş verənləri kənardan izləməyə üstünlük verdiyi” iddia olunur.

Qeyd edilir ki, ABŞ daha əvvəl də Maduroya könüllü istefa və ölkəni tərk etmə təklifləri irəli sürüb. Vaşinqton onun Çin və ya Rusiyada sığınacaq axtara biləcəyini də istisna etməyib. Lakin Maduro Qərb yarımkürəsində qalmaq istədiyini bildirib.

Yanvarın 3-nə keçən gecə Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ABŞ ordusunun “Delta Force” xüsusi təyinatlı bölməsinin əməliyyatı nəticəsində saxlanılaraq ABŞ-a aparılıb. Onlara “narkoterrorizm”, qanunsuz silah saxlanması və narkotik qaçaqmalçılığı ittihamları irəli sürülüb.

Vatican mediation Venezuela, Maduro Russia asylum plan, US Delta Force operation, Venezuela political crisis

Məqalədə: #Vatikan #Vatikan Maduro üçün ABŞ-la gizli danışıqlar aparıb #Vatikan Venesuela liderinin Rusiyaya çıxış yolunu müzakirə edib #ABŞ əməliyyatından əvvəl Maduroya diplomatik təklif #Müqəddəs Taxt-Tac Vaşinqtonu Maduroya güzəştə çağırıb #Vatikan Venesuela böhranında pərdəarxası rol oynayıb #Vatikan Maduro için ABD ile gizli temas kurdu #Maduro’ya Rusya’da sığınma önerdi #ABD operasyonu öncesi Vatikan devredeydi #Vatikan diplomasisi Maduro’yu kurtaramadı #Venezuela krizinde Vatikan’ın perde arkası rolü

Mövzu üzrə digər xəbərlər

Papa XIV Leo Livan prezidenti ilə görüşdə İsraillə qarşıdurmadan narahatlığını bildirib
Livan

Papa XIV Leo Livan prezidenti ilə görüşdə İsraillə qarşıdurmadan narahatlığını bildirib

20 Avqust 18:44
Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb
Cəmiyyət

Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb

9 İyul 16:39
Papa XIV Leo ABŞ-ı immiqrasiya ənənəsinə sadiq qalmağa çağırıb
Digər Xəbərlər

Papa XIV Leo ABŞ-ı immiqrasiya ənənəsinə sadiq qalmağa çağırıb

3 İyul 22:52
Roma Papası Venesuelaya 100 min avro təcili yardım ayırıb
Digər Dövlətlər

Roma Papası Venesuelaya 100 min avro təcili yardım ayırıb

25 İyun 21:22

Son Xəbərlər

Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur
Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur
19:13
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
18:56
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.