7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Fransa miqrant qayıqlarını hədəfləyən britaniyalı ifrat sağçı fəallara qadağa qoydu

Fransa hakimiyyəti miqrantların La-Manşı keçərək Böyük Britaniyaya çatmasının qarşısını almağa cəhd edən 10 britaniyalı ifrat sağçı fəalın ölkəyə girişini qadağan edib. Fransanın Daxili İşlər Nazirliyinin açıqlamasına görə, qərar özünü “Raise the Colours” adlandıran qrupla əlaqəli şəxslərin şimal sahillərində miqrant qayıqlarını axtarması, məhv etməyə cəhd göstərməsi və təbliğat fəaliyyəti aparması ilə bağlı məlumatlardan sonra verilib.Nazirlik bildirib ki, sözügedən 10 nəfər barəsində Fransa ərazisinə giriş və ölkədə qalmağı qadağan edən inzibati qərar çərşənbə axşamı qüvvəyə minib.

14 Yanvar 2026 20:54
Fransa miqrant qayıqlarını hədəfləyən britaniyalı ifrat sağçı fəallara qadağa qoydu

BAKI,AzerVoice, Orxan Qədirzadə

Fransa hakimiyyəti miqrantların La-Manşı keçərək Böyük Britaniyaya çatmasının qarşısını almağa cəhd edən 10 britaniyalı ifrat sağçı fəalın ölkəyə girişini qadağan edib.

AzerVoice xəbər verir ki, Fransanın Daxili İşlər Nazirliyinin açıqlamasına görə, qərar özünü “Raise the Colours” adlandıran qrupla əlaqəli şəxslərin şimal sahillərində miqrant qayıqlarını axtarması, məhv etməyə cəhd göstərməsi və təbliğat fəaliyyəti aparması ilə bağlı məlumatlardan sonra verilib.

Nazirlik bildirib ki, sözügedən 10 nəfər barəsində Fransa ərazisinə giriş və ölkədə qalmağı qadağan edən inzibati qərar çərşənbə axşamı qüvvəyə minib.

Fransanın daxili işlər naziri Loran Nüne sosial şəbəkədə paylaşımında “Bizim hüquqi dövlət prinsiplərimiz müzakirə mövzusu deyil. Zorakılıq və nifrət doğuran fəaliyyətlərin Fransa ərazisində yeri yoxdur”-bildirib.

Fransa rəsmiləri qadağa tətbiq edilən şəxslərin adlarını açıqlamayıb. Bununla yanaşı, sentyabr ayında miqrantlara qarşı törədildiyi iddia olunan “ağırlaşdırılmış hücum” faktı üzrə ayrıca istintaq başladılıb.

AFP-nin məlumatına görə, sentyabrın 9-dan 10-na keçən gecə Dünkirk yaxınlığındakı Grand-Fort-Filipp bölgəsində Britaniya və İngiltərə bayraqları daşıyan dörd nəfər miqrantlara sözlü və fiziki hücum edib. Hücum zamanı onlara İngiltərədə “xoş qarşılanmadıqları” bildirilib.

“Raise the Colours” qrupu isə X sosial şəbəkəsində yaydığı açıqlamada Fransa hakimiyyətindən rəsmi bildiriş almadıqlarını iddia edib və zorakılığı dəstəkləmədiklərini bəyan edib.

Fransa miqrant qayıqlarını hədəfləyən britaniyalı ifrat sağçı fəallara qadağa qoydu. La-Manş böhranı fonunda Paris sərt addımlar atır.

Məqalədə: #Fransa #Paris #Fransa miqrant qayıqlarını hədəfləyən britaniyalı ifrat sağçılara qadağa qoydu #Paris miqrantlara qarşı aksiyalar planlaşdıran 10 britaniyalını ölkədən uzaqlaşdırdı #Fransa La-Manş böhranı fonunda britaniyalı radikallara sərt addım atdı #Miqrantlara hücum iddiası: Fransa 10 britaniyalı fəalı qara siyahıya saldı #Fransa sahillərində miqrant ovuna çıxan qruplara qarşı tədbirlər gücləndirildi #göçmen teknelerini hedef alan İngiliz aşırı sağcılara yasak getirdi #İngiliz göçmen karşıtı aktivistleri ülkeye almayacak #Fransa’dan göçmenlere yönelik saldırılara sert tepki #İngiliz aşırı sağcılar Fransa’dan men edildi #Manş kıyısında göçmen güvenliğini artırıyor

Mövzu üzrə digər xəbərlər

Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Livan

Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb

18:21
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

09:00
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Digər Dövlətlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub

5 Sentyabr 18:45
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24

Son Xəbərlər

Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
18:21
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
18:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.