11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Avropa Qrenlandiya məsələsində təzyiqlərə boyun əyməyəcək - Makron

Fransa Prezidenti Emmanuel Makron Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təhdidlərinə sərt reaksiya verib. Fransa lideri ABŞ-ın mümkün yüksək gömrük rüsumlarını “tamamilə qəbuledilməz” adlandıraraq, tariflərin davamlı şəkildə artırılmasının beynəlxalq ticarət sisteminə ciddi zərər vurduğunu vurğulayıb.

21 Yanvar 2026 15:51
Avropa Qrenlandiya məsələsində təzyiqlərə boyun əyməyəcək - Makron
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Fərid Mikayılov

Fransa Prezidenti Emmanuel Makron Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təhdidlərinə sərt reaksiya verib.

AzerVoice xəbər verir ki, Makron bildirib ki, Avropa Vaşinqtonun təzyiqləri qarşısında geri çəkilməyəcək və “güclünün qanununu” passiv şəkildə qəbul etməyəcək.

Fransa lideri ABŞ-ın mümkün yüksək gömrük rüsumlarını “tamamilə qəbuledilməz” adlandıraraq, tariflərin davamlı şəkildə artırılmasının beynəlxalq ticarət sisteminə ciddi zərər vurduğunu vurğulayıb.

Makron qeyd edib ki, Avropa İttifaqı zərurət yaranacağı təqdirdə anti-məcburetmə mexanizmləri də daxil olmaqla, qarşılıqlı ticarət tədbirləri ilə cavab verə bilər. O, həmçinin Avropa liderlərinin Qrenlandiya məsələsi ilə bağlı cümə axşamı fövqəladə sammit keçirməsinin planlaşdırıldığını açıqlayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 1 fevraldan etibarən yeni gömrük rüsumlarının tətbiq edilə biləcəyini bəyan edib və Fransa prezidenti ilə şəxsi yazışmalarını sosial mediada paylaşaraq iki lider arasında gərginliyi artırıb.

Makron Trampın açıqlamalarına münasibət bildirərkən, Fransanın sakit mövqeyini qoruyacağını, lakin milli maraqları və yerli istehsalçıları qətiyyətlə müdafiə edəcəyini bildirib.

Qeyd edək ki, Makron çıxış zamanı gün eynəyi taxıb. Yelisey Sarayından verilən məlumata görə, buna səbəb prezidentin gözündə damar partlaması olub.

Məqalədə: #Avropa #ABŞ #Fransa #Donald Tramp #Emmanuel Makron #Davos İqtisadi Forumu #Qrenlandiya #ABŞ-ın Qrenlandiya planları

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

10 Sentyabr 19:35

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.