8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Yaponiyada dünyanın ən böyük AES-ində reaktor işə salındıqdan bir gün sonra yenidən dayandırılıb

Yaponiyada dünyanın ən böyük atom elektrik stansiyası hesab edilən Kaşivazaki–Kariwa AES-ində reaktorun işə salınması cəmi bir gün sonra dayandırılıb. Stansiyanın operatoru olan və eyni zamanda Fukusima AES-ini də idarə edən Tokio Elektrik Enerjisi Şirkəti reaktorun yenidən işə salınması prosesinin texniki nasazlıq səbəbindən müvəqqəti dayandırıldığını açıqlayıb. Şirkət bildirib ki, reaktor hazırda stabil vəziyyətdədir və təhlükəsizliklə bağlı hər hansı risk mövcud deyil.

23 Yanvar 2026 04:00
Yaponiyada dünyanın ən böyük AES-ində reaktor işə salındıqdan bir gün sonra yenidən dayandırılıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Yaponiyada dünyanın ən böyük atom elektrik stansiyası hesab edilən Kaşivazaki–Kariwa AES-ində reaktorun işə salınması cəmi bir gün sonra dayandırılıb.

AzerVoice xəbər verir ki, stansiyanın operatoru olan və eyni zamanda Fukusima AES-ini də idarə edən Tokio Elektrik Enerjisi Şirkəti reaktorun yenidən işə salınması prosesinin texniki nasazlıq səbəbindən müvəqqəti dayandırıldığını açıqlayıb. Şirkət bildirib ki, reaktor hazırda stabil vəziyyətdədir və təhlükəsizliklə bağlı hər hansı risk mövcud deyil.

Məlumata görə, Kaşivazaki–Kariwa AES-inin 6 nömrəli reaktoru 2011-ci ildə Fukusima qəzasından sonra bağlanmışdı və çərşənbə günü yenidən işə salınmışdı. Proses çərçivəsində reaktorun nüvəsindən neytron uducu idarəetmə çubuqlarının çıxarılmasına başlanılmışdı. Lakin bir neçə saat sonra idarəetmə çubuqları ilə bağlı texniki nasazlıq aşkarlandığından əməliyyat dayandırılıb.

Tokio Elektrik Enerjisi Şirkətinin açıqlamasında bildirilib ki, nasazlıq idarəetmə çubuqlarının elektrik avadanlığı ilə bağlıdır və məsələ ətraflı araşdırılmaq üçün reaktor tam şəkildə yenidən dayandırılıb. Şirkət reaktorun nə qədər müddət bağlı qalacağı ilə bağlı hələlik dəqiq məlumat verməyib.

Şirkətin sözçüsü Takaşi Kobayaşi reaktorun vəziyyətinin sabit olduğunu və stansiyadan kənara radioaktiv sızmanın qeydə alınmadığını vurğulayıb. Qeyd olunub ki, idarəetmə çubuqları reaktorun nüvəsində nüvə zəncirvari reaksiyasını tənzimləmək üçün əsas mexanizm hesab olunur və onların çıxarılması və ya daxil edilməsi reaktorun işinin təhlükəsizliyini təmin edir.

Xatırladaq ki, reaktorun ilkin olaraq çərşənbə axşamı işə salınması planlaşdırılsa da, ötən həftə sonu eyni sistemlə bağlı başqa texniki problem aşkarlandığı üçün proses təxirə salınmışdı. Həmin nasazlığın bazar günü aradan qaldırıldığı bildirilmişdi.

Məqalədə: #Yaponiyada dünyanın ən böyük AES-ində reaktor yenidən dayandırıldı #Kaşivazaki–Kariwa AES-ində işə salınan reaktor bir gün sonra söndürüldü #Yaponiyada atom reaktoru texniki nasazlıq səbəbindən dayandı #Yaponiyanın ən böyük AES-ində reaktor işə salınması dayandırıldı #Fukusima operatorunun idarə etdiyi AES-də yenidən problem #Tokio Elektrik Enerjisi Şirkəti reaktorun stabil olduğunu açıqladı #Japonya’da dünyanın en büyük nükleer santralinde reaktör durduruldu #Kaşivazaki-Kariwa NGS’de reaktör bir gün sonra kapatıldı #Japonya’da nükleer reaktörde teknik arıza #Fukushima’yı işleten şirketten yeni nükleer açıklama #Japonya’da reaktör yeniden devre dışı #Nükleer santralde kontrol çubuğu sorunu

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
İran

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran

7 Sentyabr 19:41

Son Xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.