12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Rusiya nəzarət etmədiyi əraziləri də tələb edir - Reuters

Rusiya Ukrayna və ABŞ-la Abu-Dabidə keçirilən danışıqlarda nəzarətində olmayan ərazilər də daxil olmaqla Donbasın tamamilə ona verilməsində israr edir. Reuters agentliyinin Kremlə yaxın mənbəyə istinadən yaydığı məlumata görə, Moskva danışıqlarda “Ankoric formulu” adlandırılan sxemi irəli sürür. Rusiya tərəfi iddia edir ki, bu yanaşma ötən ilin avqustunda ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş sammitdə razılaşdırılıb.

23 Yanvar 2026 20:40
Rusiya nəzarət etmədiyi əraziləri də tələb edir - Reuters
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Rusiya Ukrayna və ABŞ-la Abu-Dabidə keçirilən danışıqlarda nəzarətində olmayan ərazilər də daxil olmaqla Donbasın tamamilə ona verilməsində israr edir.

AzerVoice xəbər verir ki, Reuters agentliyinin Kremlə yaxın mənbəyə istinadən yaydığı məlumata görə, Moskva danışıqlarda “Ankoric formulu” adlandırılan sxemi irəli sürür. Rusiya tərəfi iddia edir ki, bu yanaşma ötən ilin avqustunda ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş sammitdə razılaşdırılıb.

Agentliyin məlumatına əsasən, Moskvanın təklif etdiyi plan Donbasın bütün ərazisinin Rusiyaya verilməsini, Ukraynanın şərq və cənub bölgələrində isə mövcud cəbhə xətlərinin dondurulmasını nəzərdə tutur. Kiyev isə daha əvvəl dəfələrlə bəyan edib ki, bu cür şərtlər Ukrayna üçün qəbuledilməzdir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Abu-Dabidə keçiriləcək üçtərəfli görüş ərəfəsində Ukrayna nümayəndə heyəti ilə məsləhətləşmələr aparılıb. Onun sözlərinə görə, komanda danışıqların çərçivəsini və gözlənilən nəticəni anlayır.

Zelenski qeyd edib ki, dialoqun formatı görüş zamanı dəyişə bilər və qərarlar yerində qəbul olunacaq, çünki bu format uzun müddətdən sonra ilk dəfə tətbiq olunur. O, daha əvvəl bəyan etmişdi ki, Ukrayna, ABŞ və Rusiya arasında danışıqların əsas mövzusu ərazi məsələsi olacaq və müzakirələrin mərkəzində Donbasın taleyi dayanacaq.

Kreml də təsdiqləyib ki, danışıqlarda əsas məsələ ərazilərlə bağlıdır. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskvanın mövqeyi Ukrayna Silahlı Qüvvələrinin “Donbas ərazisini tərk etməsi” tələbindən ibarətdir.

Vladimir Putinin köməkçisi Yuri Uşakov isə daha əvvəl qeyd edib ki, ərazi məsələsi üzrə diplomatik həll əldə olunmasa, Rusiya “qarşıya qoyulan məqsədlərə” hərbi yolla nail olmağa hazırdır.

Məqalədə: #Rusiya Donbasın tamamilə ona verilməsini tələb edir #Moskva nəzarət etmədiyi Donbas ərazilərini istəyir #Donbas danışıqlarında Rusiya tələblərini sərtləşdirir #Ərazi məsələsi Ukrayna–Rusiya danışıqlarının mərkəzində #Kreml Donbasdan Ukrayna qoşunlarının çıxmasını tələb edir #Abu-Dabidə danışıqlarda əsas mübahisə Donbasdır #Rusya Donbas’ın tamamını talep ediyor #Moskova kontrol etmediği bölgeleri istiyor #Donbas müzakerelerinde Rusya’dan sert talepler #Ukrayna–Rusya görüşmelerinde toprak krizi #Kremlin Donbas şartı masada #Abu Dabi’de Donbas pazarlığı

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45

Son Xəbərlər

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
12:23
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
11:23
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
11:06
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
10:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.