11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Avropa güc dilində danışmağı öyrənməlidir - Almaniya kansleri

Yeni qlobal nizamda Avropanın maraqlarını qorumaq üçün birlik və güc amili ön plana çəkilir. Almaniya kansleri Fridrix Merts yanvarın 29-da Bundestaqda çıxışı zamanı Avropa ölkələrini daha sıx həmrəyliyə və güclü siyasi mövqeyə çağırıb. Kanslerin sözlərinə görə, formalaşmaqda olan yeni dünya nizamında Avropa yalnız özünü güc mərkəzi kimi təqdim etdiyi təqdirdə maraqlarını qoruya biləcək.

29 Yanvar 2026 18:50
Avropa güc dilində danışmağı öyrənməlidir - Almaniya kansleri
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Orxan Qədirzadə

Yeni qlobal nizamda Avropanın maraqlarını qorumaq üçün birlik və güc amili ön plana çəkilir.

AzerVoice xəbər verir ki, Almaniya kansleri Fridrix Merts yanvarın 29-da Bundestaqda çıxışı zamanı Avropa ölkələrini daha sıx həmrəyliyə və güclü siyasi mövqeyə çağırıb. Kanslerin sözlərinə görə, formalaşmaqda olan yeni dünya nizamında Avropa yalnız özünü güc mərkəzi kimi təqdim etdiyi təqdirdə maraqlarını qoruya biləcək.

Fridrix Merts bildirib ki, dünya getdikcə böyük güclərin dominant olduğu bir sistemə doğru irəliləyir və Avropa bu reallığın “sərt küləyini” artıq hiss edir. Onun fikrincə, Avropa beynəlxalq hüquq və əməkdaşlıq prinsiplərinə sadiq qalmaqla yanaşı, güc amilini də nəzərə almalıdır.

Kansler Avropanın qarşısında duran üç əsas prioriteti vurğulayıb. Birinci istiqamət təhlükəsizlik məsələsidir. Merts qeyd edib ki, Avropa öz təhlükəsizliyinə daha çox məsuliyyət götürməli, texnoloji və hərbi asılılıqları, o cümlədən ABŞ-ın nüvə təhlükəsizlik çətirindən asılılığı tədricən azaltmalıdır.

İkinci əsas istiqamət iqtisadi rəqabət qabiliyyətidir. Kansler Avropa ilə ABŞ və Çin arasında iqtisadi artım tempində yaranan fərqin dərinləşdiyini qeyd edərək, bu tendensiyanın dəyişdirilməsinin vacibliyini vurğulayıb.

Üçüncü mühüm amil kimi Avropa birliyi önə çəkilib. Merts Qrenlandiya ətrafında yaranmış gərginliyi misal gətirərək, Avropanın vahid mövqeyinin ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqı ölkələrinə qarşı rüsum təhdidlərindən geri çəkilməsində rol oynadığını bildirib. Onun sözlərinə görə, birlik beynəlxalq müstəvidə real güc faktorudur.

Çıxışında ABŞ-la münasibətlərə də toxunan Almaniya kansleri Vaşinqtonla tərəfdaşlığın davam edəcəyini bildirsə də, Almaniyanın siyasi baxımdan ABŞ-a tabe olmayacağını vurğulayıb. O, Əfqanıstan missiyası ilə bağlı ABŞ rəhbərliyinin bəzi açıqlamalarını tənqid edərək, bu əməliyyatda həlak olan alman hərbçilərin xidmətinin əhəmiyyətini xüsusi qeyd edib.

Merts həmçinin Avropanın xarici iqtisadi siyasətdə yeni tərəfdaşlıqlara ehtiyac duyduğunu bildirib, Avropa İttifaqının Mercosur ölkələri ilə sazişini və Hindistanla ticarət razılaşmasının əhəmiyyətini önə çəkib.

Məqalədə: #Almaniya kansleri: Avropa güc dilində danışmalıdır #Fridrix Merts Avropanı birliyə və gücə çağırdı #Merts: Avropa yeni dünya nizamında güc mərkəzi olmalıdır #Almaniya kansleri təhlükəsizlik və iqtisadiyyatda dəyişiklik çağırışı etdi #Merts ABŞ-dan asılılığın azaldılmasını vacib saydı #Avropanın gələcəyi güc və birlikdən asılıdır – Merts #Almanya Şansölyesi: Avrupa güç dili konuşmalı #Friedrich Merz Avrupa’yı birlik ve güce çağırdı #Merz: Avrupa küresel güç olmalı #Almanya’dan ABD’ye bağımlılık mesajı #Merz Avrupa güvenliğinde yeni yaklaşım çağrısı yaptı #Avrupa’nın geleceği güç ve birlikle şekillenecek

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10

Son Xəbərlər

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
12:20
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
12:06
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
11:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.