Avropa güc dilində danışmağı öyrənməlidir - Almaniya kansleri
Yeni qlobal nizamda Avropanın maraqlarını qorumaq üçün birlik və güc amili ön plana çəkilir. Almaniya kansleri Fridrix Merts yanvarın 29-da Bundestaqda çıxışı zamanı Avropa ölkələrini daha sıx həmrəyliyə və güclü siyasi mövqeyə çağırıb. Kanslerin sözlərinə görə, formalaşmaqda olan yeni dünya nizamında Avropa yalnız özünü güc mərkəzi kimi təqdim etdiyi təqdirdə maraqlarını qoruya biləcək.