6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Yunan zabit NATO sirrlərini Çinə ötürməkdə ittiham olunur

Yunanıstan Hərbi Hava Qüvvələrində xidmət edən bir zabit NATO-ya məxsus məxfi məlumatları Çin tərəfinə ötürməkdə ittiham edilərək saxlanılıb. Məlumata görə, casusluqda şübhəli bilinən şəxs Yunanıstan Hərbi Hava Qüvvələrində uzun illər xidmət etmiş telekommunikasiya və informasiya sistemləri üzrə mühəndisdir. Onun NATO çərçivəsində müxtəlif texniki vəzifələrdə çalışdığı bildirilir.

6 Fevral 2026 12:56
Yunan zabit NATO sirrlərini Çinə ötürməkdə ittiham olunur
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Fərid Mikayılov

Yunanıstan Hərbi Hava Qüvvələrində xidmət edən bir zabit NATO-ya məxsus məxfi məlumatları Çin tərəfinə ötürməkdə ittiham edilərək saxlanılıb.

AzerVoice xəbər verir ki, rəsmi qurumlar bildiriblər ki, hərbi əhəmiyyət daşıyan gizli məlumatların üçüncü tərəflərə ötürülməsinə dair konkret sübutlar mövcuddur.

Məlumata görə, casusluqda şübhəli bilinən şəxs Yunanıstan Hərbi Hava Qüvvələrində uzun illər xidmət etmiş telekommunikasiya və informasiya sistemləri üzrə mühəndisdir. Onun NATO çərçivəsində müxtəlif texniki vəzifələrdə çalışdığı bildirilir.

Zabitin Böyük Britaniyada yerləşən ali təhsil müəssisələrindən birində idarə olunan silah sistemləri üzrə magistr təhsili aldığı, radar texniki xidməti, təyyarə radar proqramlaşdırılması və informasiya sistemlərinin idarə olunması sahələrində fəaliyyət göstərdiyi qeyd olunur.

Yunan hərbi kəşfiyyatının məlumatına əsasən, şübhəli şəxslə xarici əlaqənin təxminən iki il əvvəl “LinkedIn” sosial şəbəkəsi üzərindən qurulduğu ehtimal edilir. Zabitin bu platformada NATO layihələri, rabitə sistemləri və peşəkar təcrübəsi barədə ətraflı məlumat paylaşdığı bildirilir.

Kəşfiyyat Xidməti tərəfindən həmin şəxsin aylarla müşahidə altında saxlanıldığı, ötürülən məlumatların həssaslıq səviyyəsinin artmasından sonra saxlanılma qərarının verildiyi açıqlanıb. İstintaq zamanı kritik sənədlərə girişdə istifadə edilən QR kodların əməliyyatın ifşasında mühüm rol oynadığı bildirilir.

Rəsmi qurumlar sızdırıldığı iddia edilən məlumatların konkret məzmunu və ötürüldüyü tərəflər barədə əlavə açıqlama verməyiblər. Bildirilib ki, fakt Yunanıstanın Hərbi Cinayət Məcəlləsinə uyğun olaraq araşdırılır və bütün hüquqi prosedurlar tətbiq ediləcək.

Məqalədə: #Yunanıstan #NATO #Çin #Yunanıstan Hərbi Hava Qüvvələri #LinkedIn #Yunanıstan casusluq qalmaqalı #NATO məxfi məlumatları

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misir

Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

3 Sentyabr 16:08
Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub
Energetika

Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

3 Sentyabr 12:09

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.