13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, Tehran narahatlıqları aradan qaldıracaq ədalətli nüvə danışıqlarına hazırdır. İran rəsmisi vurğulayıb ki, danışıqlar yalnız ədalətli və məntiqi əsasda aparıldığı halda müsbət qiymətləndirilə bilər və proses vaxt uzatma vasitəsinə və ya nüvə çərçivəsindən kənar məsələlərin gündəmə gətirilməsinə çevrilməməlidir.

16 Fevral 2026 12:42
Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Fərid Mikayılov

İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, Tehran narahatlıqları aradan qaldıracaq ədalətli nüvə danışıqlarına hazırdır.

AzerVoice xəbər verir ki, onun sözlərinə görə, İran danışıqlara hazırlıq səviyyəsini artırıb.

Laricani ABŞ-ın tələblərinə yazılı cavab verildiyini təkzib edib və fikir mübadiləsinin davam etdiyini bildirib. O qeyd edib ki, region ölkələri nüvə məsələsi üzrə siyasi həllin tapılmasını dəstəkləyir.

İran rəsmisi vurğulayıb ki, danışıqlar yalnız ədalətli və məntiqi əsasda aparıldığı halda müsbət qiymətləndirilə bilər və proses vaxt uzatma vasitəsinə və ya nüvə çərçivəsindən kənar məsələlərin gündəmə gətirilməsinə çevrilməməlidir.

Laricani bildirib ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin monitorinqini qəbul edir. Onun sözlərinə görə, artıq bu texnologiyaya yiyələnmiş ölkədən zənginləşdirmə səviyyəsini sıfıra endirməyi tələb etmək real deyil.

İranın dinc məqsədlər üçün, o cümlədən xərçəng xəstələrinin müalicəsində istifadə olunan radioizotopların istehsalı üçün 20 faiz zənginləşdirilmiş urana ehtiyacı olduğunu bildirən Laricani, Tehrandakı reaktorun dərman istehsalı üçün bu səviyyədə yanacağa tələbatı olduğunu qeyd edib.

O əlavə edib ki, danışıqlar yalnız ABŞ ilə aparılır və İsraillə hər hansı müzakirə mövcud deyil. Laricani İsrailin strategiyasını regionu sabitsizləşdirməyə yönəlmiş addımlar kimi qiymətləndirib və bu siyasətin təkcə İrana deyil, həm də Qətər, Səudiyyə Ərəbistanı və Türkiyəyə təsir etdiyini iddia edib.

İranın raket proqramının nüvə məsələsindən tam ayrı olduğunu deyən Laricani bunun milli təhlükəsizlik məsələsi olduğunu və danışıqlar mövzusu ola bilməyəcəyini vurğulayıb.

O, Livandakı “Hizbullah” hərəkatının potensialını bərpa etdiyini və İsrailə qarşı yüksək imkanlara malik olduğunu bildirib. Qəzzadakı vəziyyətə toxunan Laricani İsrailin ərazini dağıtdığını, lakin HƏMAS-ı aradan qaldıra bilmədiyini iddia edib.

Laricani İranın istənilən ssenariyə hazır olduğunu, eskalasiyaya başlayan tərəflərin tarixən üstünlük əldə etmədiyini söyləyib. Qətərin vasitəçilik rolunu yüksək qiymətləndirən iranlı rəsmisi regionda gərginliyin artmaması üçün ümumi marağın mövcud olduğunu qeyd edib.

İran nüvə danışıqları, Laricani açıqlaması, ABŞ İran münasibətləri, zənginləşdirmə mübahisəsi, BAEA monitorinqi, NPT sazişi, Tehran diplomatiyası, İran raket proqramı, Orta Şərq eskalasiyası, nüvə razılaşması İran nükleer görüşmeleri, Laricani açıklaması, ABD İran ilişkileri, uranyum zenginleştirme, UAEA denetimi, NPT anlaşması, Tahran diplomasisi, İran füze programı, Ortadoğu gerilimi, nükleer müzakere Iran nuclear talks, Larijani statement, US Iran negotiations, uranium enrichment debate, IAEA monitoring, NPT agreement, Tehran diplomacy, Iran missile program, Middle East tension, nuclear deal переговоры по ядерной программе Ирана, заявление Лариджани, диалог США и Ирана, обогащение урана, мониторинг МАГАТЭ, договор НПТ, дипломатия Тегерана, ракетная программа Ирана, эскалация на Ближнем Востоке, ядерное соглашение المفاوضات النووية الإيرانية, تصريحات لاريجاني, الحوار الأمريكي الإيراني, تخصيب اليورانيوم, رقابة الوكالة الدولية, معاهدة عدم الانتشار, دبلوماسية طهران, برنامج الصواريخ الإيراني, توتر الشرق الأوسط, الاتفاق النووي مذاکرات هسته‌ای ایران, سخنان لاریجانی, گفت‌وگوی ایران و آمریکا, غنی‌سازی اورانیوم, نظارت آژانس بین‌المللی انرژی اتمی, معاهده NPT, دیپلماسی تهران, برنامه موشکی ایران, تنش خاورمیانه, توافق هسته‌ای négociations nucléaires Iran, déclaration Larijani, dialogue USA Iran, enrichissement uranium, contrôle AIEA, traité TNP, diplomatie Téhéran, programme missile Iran, tension Moyen-Orient, accord nucléaire Iran Atomgespräche, Larijani Erklärung, USA Iran Verhandlungen, Urananreicherung, IAEA Kontrolle, NVV Vertrag, Teheran Diplomatie, iranisches Raketenprogramm, Nahost Spannung, Atomabkommen negociaciones nucleares Irán, declaración Larijani, diálogo EE.UU. Irán, enriquecimiento de uranio, supervisión OIEA, tratado TNP, diplomacia Teherán, programa misiles Irán, tensión Oriente Medio, acuerdo nuclear negoziati nucleari Iran, dichiarazione Larijani, dialogo USA Iran, arricchimento uranio, controllo AIEA, trattato TNP, diplomazia Teheran, programma missilistico Iran, tensione Medio Oriente, accordo nucleare 伊朗核谈判, 拉里贾尼声明, 美伊对话, 铀浓缩问题, 国际原子能机构监督, 不扩散条约, 德黑兰外交, 伊朗导弹计划, 中东紧张局势, 核协议 שיחות גרעין איראן, הצהרת לריג'אני, דיאלוג ארה״ב איראן, העשרת אורניום, פיקוח סבא״א, אמנת NPT, דיפלומטיה טהרן, תוכנית טילים איראן, מתיחות המזרח התיכון, הסכם גרעין

Məqalədə: #Türkiyə #İsrail #İran #ABŞ #Tehran #Vaşinqton #Əli Laricani #İran-ABŞ münasibətləri #İranın nüvə danışıqları #İranın nüvə silahlanma ehtimalı #İran-ABŞ dolayı nüvə danışıqları 2026

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

15:22

Son Xəbərlər

Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.