5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Macarıstan rəhbərliyi Aİ-dən gizli məlumatları Rusiyaya ötürüb - ABŞ mediası

ABŞ-ın “Washington Post” nəşri iddia edir ki, Macarıstan rəhbərliyi uzun illər ərzində Avropa İttifaqı Şurasının iclaslarında müzakirə olunan məxfi məlumatları Rusiyaya ötürüb. İddialara əsasən, Macarıstanın xarici işlər naziri Peter Siyarto Aİ toplantılarının fasilələri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla əlaqə saxlayaraq danışıqların kulis detalları barədə məlumat verib və hətta tövsiyələr irəli sürüb.

23 Mart 2026 11:56
Macarıstan rəhbərliyi Aİ-dən gizli məlumatları Rusiyaya ötürüb - ABŞ mediası

BAKI,VOA, Fərid Mikayılov

ABŞ-ın “Washington Post” nəşri iddia edir ki, Macarıstan rəhbərliyi uzun illər ərzində Avropa İttifaqı Şurasının iclaslarında müzakirə olunan məxfi məlumatları Rusiyaya ötürüb.

VOA xəbər verir ki, qəzetin adının açıqlanmasını istəməyən Avropa təhlükəsizlik rəsmisinə istinadən yaydığı məlumata görə, Budapeşt Aİ liderlərinin qapalı müzakirələrində səslənən fikirləri mütəmadi olaraq Moskvaya çatdırıb.

İddialara əsasən, Macarıstanın xarici işlər naziri Peter Siyarto Aİ toplantılarının fasilələri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla əlaqə saxlayaraq danışıqların kulis detalları barədə məlumat verib və hətta tövsiyələr irəli sürüb.

Mənbənin sözlərinə görə, “Aİ çərçivəsində keçirilən hər bir toplantı sanki Moskvanın da iştirak etdiyi iclasa çevrilib”.

Məsələ ilə bağlı Polşanın baş naziri Donald Tusk da münasibət bildirərək bildirib ki, bu cür iddialar onlar üçün gözlənilməz deyil və bu istiqamətdə əvvəldən şübhələr mövcud olub.

Macarıstan Xarici İşlər Nazirliyi isə ittihamları qətiyyətlə rədd edib. Nazir Peter Siyarto sosial media hesabında bu məlumatları “saxta xəbər” adlandıraraq, onların qarşıdan gələn parlament seçkiləri ərəfəsində müxalif TISZA Partiyasına dəstək məqsədi daşıdığını iddia edib.

Məsələ ilə bağlı Polşanın xarici işlər naziri Radoslav Sikorski də açıqlama verərək iddiaların “bir çox məqamı izah etdiyini” qeyd edib.

Qeyd edək ki, Macarıstanda parlament seçkiləri 12 aprel tarixində keçiriləcək.

Məqalədə: #Rusiya #ABŞ #Moskva #Avropa İttifaqı (Aİ) #Macarıstan #Sergey Lavrov #Polşa #Peter Siyarto

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.