10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Yaponiya Çin yaxınlığında uzaqmənzilli raketlər yerləşdirdi

Yaponiya Çinlə artan gərginlik fonunda müdafiə potensialını gücləndirmək üçün yeni addım atıb. Yaponiyanın müdafiə naziri Sindziro Koizuminin açıqlamasına əsasən, uzaqmənzilli raket sistemləri ölkənin cənub-qərbində, Kyuşu adasının Kumamoto bölgəsində yerləşdirilib.

31 Mart 2026 12:52
Yaponiya Çin yaxınlığında uzaqmənzilli raketlər yerləşdirdi

BAKI,VOA, Fərid Mikayılov

Yaponiya Çinlə artan gərginlik fonunda müdafiə potensialını gücləndirmək üçün yeni addım atıb.

VOA xəbər verir ki, Yaponiyanın müdafiə naziri Sindziro Koizuminin açıqlamasına əsasən, uzaqmənzilli raket sistemləri ölkənin cənub-qərbində, Kyuşu adasının Kumamoto bölgəsində yerləşdirilib.

Bu addım Pekinlə münasibətlərin son illərin ən aşağı səviyyəsinə düşdüyü bir dövrdə atılıb.

Məlumata görə, yerləşdirilən yerüstü-gəmi tipli idarəolunan raketlərin mənzili təxminən 1000 kilometrdir və bu, Çin materikinin bəzi hissələrini, o cümlədən Şanxay istiqamətini əhatə edir.

Nazir bildirib ki, bu sistemlər potensial hücumların qarşısını almaq və ölkənin müdafiə qabiliyyətini artırmaq məqsədi daşıyır. O vurğulayıb ki, bu cür imkanlar Yaponiyanın çəkindiricilik və cavab vermə gücünü gücləndirmək baxımından strateji əhəmiyyət daşıyır.

Eyni zamanda, uzaq adaların müdafiəsi üçün nəzərdə tutulmuş yüksək sürətli hipersürətli planerlər də Sizuoka bölgəsində yerləşdirilib.

Qeyd olunur ki, Yaponiya uzun müddət yalnız özünümüdafiə prinsipinə əsaslanan hərbi siyasət yürüdüb. Lakin son illərdə Çin, Rusiya və Şimali Koreyanın regiondakı hərbi fəallığının artması Tokioyu müdafiə strategiyasını genişləndirməyə vadar edib.

Məqalədə: #Çin #Yaponiya #Şanxay #TOkio #İkitərəfli əlaqələr #Pekin #Çin-Yaponiya əlaqələri

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.