6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Şimali Koreya ABŞ şirkətlərinə kiber hücumlar həyata keçirib

Şimali Koreya ilə əlaqəli haker qrupları ABŞ-da minlərlə şirkətin istifadə etdiyi proqram təminatına sızaraq genişmiqyaslı kibertəhlükəsizlik böhranına səbəb olub. Məlumata əsasən, hakerlər təxminən üç saat ərzində sistemə nəzarəti ələ keçirərək proqramı yükləyən təşkilatların şəbəkələrinə sızmağa nail olublar. Hücum nəticəsində artıq onlarla şirkətin yüzdən çox cihazının zərər gördüyü müəyyən edilib.

1 Aprel 2026 10:05
Şimali Koreya ABŞ şirkətlərinə kiber hücumlar həyata keçirib

BAKI,VOA, Fərid Mikayılov

Şimali Koreya ilə əlaqəli haker qrupları ABŞ-da minlərlə şirkətin istifadə etdiyi proqram təminatına sızaraq genişmiqyaslı kibertəhlükəsizlik böhranına səbəb olub.

VOA xəbər verir ki, təhlükəsizlik mütəxəssislərinin məlumatına görə, hücum açıq mənbəli proqram təminatının inkişaf etdirici hesabına daxil olunması ilə həyata keçirilib və bu müddətdə istifadəçilərə zərərli yeniləmələr göndərilib.

Məlumata əsasən, hakerlər təxminən üç saat ərzində sistemə nəzarəti ələ keçirərək proqramı yükləyən təşkilatların şəbəkələrinə sızmağa nail olublar. Hücum nəticəsində artıq onlarla şirkətin yüzdən çox cihazının zərər gördüyü müəyyən edilib.

Ekspertlər bildirir ki, bu hücum klassik “təchizat zənciri hücumu” xarakteri daşıyır və təsirlərinin aradan qaldırılması aylarla davam edə bilər.

Araşdırmalar göstərir ki, hücumun əsas məqsədi əldə edilən sistem girişlərindən istifadə edərək kriptovalyuta oğurluğu həyata keçirməkdir. Xüsusilə maliyyə və texnologiya sektorunun bu hücumdan daha çox zərər görəcəyi ehtimal edilir.

Beynəlxalq təhlükəsizlik qurumları qeyd edir ki, Şimali Koreya uzun illərdir kibercasusluq fəaliyyətlərini ölkənin əsas maliyyə mənbələrindən birinə çevirib. Müxtəlif hesabatlara görə, bu ölkə ilə əlaqəli qruplar son illərdə milyardlarla dollar dəyərində vəsait əldə edib.

Ekspertlərin fikrincə, bu cür hücumlar həm qlobal maliyyə sistemləri, həm də rəqəmsal təhlükəsizlik üçün ciddi risklər yaradır və yaxın dövrdə oxşar əməliyyatların davam edəcəyi istisna edilmir.

Məqalədə: #ABŞ #Şimali Koreya #kiber hücum #Kiber hücumlar #ABŞ-Şimali Koreya gərginliyi #Şimali Koreya diplomatiyası #Şimali Koreya ilə əlaqəli haker qrupları

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.