14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Keçmiş FTB rəhbəri Trampı ölümlə hədələməkdə ittiham edilib

ABŞ-də keçmiş təhlükəsizlik rəsmisinə qarşı ciddi ittiham irəli sürülüb. ABŞ məhkəmə orqanları Federal Təhqiqat Bürosunun (FTB) sabiq direktoru Ceyms Komini ölkənin prezidenti Donald Trampı ölümlə hədələməkdə ittiham edib.

29 Aprel 2026 09:45
Keçmiş FTB rəhbəri Trampı ölümlə hədələməkdə ittiham edilib

BAKI,VOA, Orxan Qədirzadə

ABŞ-də keçmiş təhlükəsizlik rəsmisinə qarşı ciddi ittiham irəli sürülüb.

VOA xəbər verir ki, ABŞ məhkəmə orqanları Federal Təhqiqat Bürosunun (FTB) sabiq direktoru Ceyms Komini ölkənin prezidenti Donald Trampı ölümlə hədələməkdə ittiham edib.

ABŞ Ədliyyə Nazirliyinin rəsmisi Todd Blanş bildirib ki, Komi “ABŞ prezidentini qəsdən öldürməklə hədələmək” və “ştatlararası təhdid” maddələri üzrə məsuliyyətə cəlb olunur. Hər iki maddə üzrə maksimum cəza 10 il həbs nəzərdə tutur.

İttihamın əsası - sosial şəbəkə paylaşımı

İstintaq materiallarına görə, ittiham Şimali Karolina ştatında böyük jüri tərəfindən təsdiqlənib və Kominin sosial şəbəkədə etdiyi paylaşım əsas sübut kimi təqdim olunub.

Bildirilir ki, həmin paylaşımda yer alan “47” və “86” rəqəmləri prezidentə qarşı zorakılıq niyyəti kimi şərh edilib. Donald Tramp bu rəqəmlərin “öldürmək” anlamına gəldiyini və “47”nin onun ABŞ-ın 47-ci prezidenti olmasına işarə etdiyini iddia edib.

Rəsmi sənədlərdə paylaşım “prezidentə qarşı təhlükəli niyyətin ifadəsi” kimi qiymətləndirilib.

Komi ittihamları rədd edir

Ceyms Komi isə ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib. O, açıqlamasında günahsız olduğunu vurğulayaraq federal məhkəmə sisteminə inandığını qeyd edib.

Qeyd edək ki, Komi daha əvvəl sözügedən paylaşımı silmiş və bəzi şəxslərin həmin rəqəmləri zorakılıqla əlaqələndirdiyini anlamadığını bildirmişdi.

Gərginlik fonunda yeni ittiham

Bu hadisə ABŞ-də siyasi gərginliyin artdığı bir dövrə təsadüf edir. Məlumata görə, bir neçə gün əvvəl Vaşinqtonda Trampa qarşı mümkün sui-qəsd cəhdi ilə bağlı şübhəli şəxs saxlanılmışdı.

Analitiklər hesab edirlər ki, bu iş ABŞ-də siyasi və hüquqi qarşıdurmanın daha da dərinləşməsinə səbəb ola bilər.

Məqalədə: #Donald Tramp #ABŞ məhkəməsi #Ədliyyə nazirliyi #ABŞ siyasəti #Ceyms Komi #FTB keçmiş rəhbər #təhdid ittihamı #sosial media qalmaqalı #ABŞ hüquqi proses #Ceyms Komi Trampı təhdid etmək ittihamı #ABŞ-də keçmiş FTB rəhbəri məhkəmədə #Donald Tramp təhlükəsizlik qalmaqalı #ABŞ siyasi qalmaqal 2026

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

13 Sentyabr 18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

13 Sentyabr 15:22

Son Xəbərlər

Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
13 Sentyabr 20:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.