5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ hesabatında Müctəba Xamenei barədə nə deyilir?

ABŞ kəşfiyyat dairələrində hazırlanan yeni hesabatlar İranın daxili siyasi balansı və ali rəhbərliyin qərarvermə mexanizmi ilə bağlı diqqətçəkən iddiaları gündəmə gətirib. Eyni zamanda, İranın ali dini liderinin oğlu Müctəba Xameneinin niyə uzun müddətdir ictimaiyyət qarşısına çıxmadığı ilə bağlı yeni açıqlamalar verilib.

9 May 2026 11:14
ABŞ hesabatında Müctəba Xamenei barədə nə deyilir?

BAKI,VOA, Fərid Mikayılov

ABŞ kəşfiyyat dairələrində hazırlanan yeni hesabatlar İranın daxili siyasi balansı və ali rəhbərliyin qərarvermə mexanizmi ilə bağlı diqqətçəkən iddiaları gündəmə gətirib. Eyni zamanda, İranın ali dini liderinin oğlu Müctəba Xameneinin niyə uzun müddətdir ictimaiyyət qarşısına çıxmadığı ilə bağlı yeni açıqlamalar verilib.

VOA xəbər verir ki, Amerikanın CNN International telekanalının çoxsaylı mənbələrə və kəşfiyyat qiymətləndirmələrinə əsaslanan məlumatında bildirilir ki, Müctəba Xameneinin hərbi strategiyanın formalaşdırılmasında və ABŞ ilə aparılan diplomatik təmaslarda müəyyən rol oynadığı iddia olunur.

Məlumatda qeyd edilir ki, ABŞ-dakı bəzi mənbələr onun ictimaiyyət qarşısına çıxmamasına baxmayaraq, yüksək vəzifəli İran rəsmiləri ilə birlikdə strateji proseslərdə iştirak etdiyini bildirirlər. Bununla yanaşı, bəzi təhlillərdə vurğulanır ki, İranın dövlət mexanizmi böhran şəraitində belə koordinasiyanı qoruyub saxlayır və qərarların qəbulu müxtəlif dövlət institutları arasında bölüşdürülmüş şəkildə həyata keçirilir.

Məlumata görə, müharibənin ilk günlərində baş verən hücumdan sonra Müctəba Xamenei təhlükəsizlik səbəbləri ilə telefon və digər rəqəmsal rabitə vasitələrindən istifadə etmir. Bildirilir ki, o, əlaqələrini yalnız birbaşa görüşlər və dövlət tərəfindən təmin olunan təhlükəsiz kuryer sistemi vasitəsilə saxlayır.

İran tərəfi isə bu yanaşmanın fövqəladə təhlükəsizlik şəraitində dövlət idarəçiliyinin davamlılığını qorumaq məqsədi daşıdığını bildirir.

İran rəsmiləri Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan məlumatları da şərh ediblər. Ali rəhbərin ofisinin protokol məsələləri üzrə məsul şəxsi Mazaher Hüseyni ABŞ və İsrailin 28 fevralda Xameneinin iqamətgahını hədəf aldığı hücum zamanı baş verən hadisələr barədə danışıb.

Onun sözlərinə görə, hücum zamanı ofisdə olub və zərbələr birbaşa rəhbərliyin yerləşdiyi əraziyə yönəldilib. Hüseyni bildirib ki, bombardman zamanı yaxın məsafədə yerləşən bir neçə obyekt vurulub, Müctəba Xameneinin adətən dərs keçdiyi məkan isə tamamilə dağıdılıb.

Rəsmi əlavə edib ki, partlayışın təsirindən Müctəba Xamenei yerə yıxılıb, bel və ayaq nahiyəsində yüngül xəsarətlər alıb. Bununla belə, onun qısa müddətdə toparlandığı, səhhətinin yaxşı olduğu və sağalma prosesinin davam etdiyi qeyd olunub. Alnından ağır yaralandığı barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyi, yalnız qulağının arxa hissəsində kiçik zədə olduğu bildirilib.

Mazaher Hüseyni Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxmaması ilə bağlı da açıqlama verib. O bildirib ki, təhlükəsizlik səbəbindən hazırda tələsməyə ehtiyac yoxdur və vaxtı çatdıqda o, birbaşa xalqa müraciət edəcək.

Məlumata görə, İran Prezidenti Məsud Pezeşkian da Müctəba Xamenei ilə iki saat yarımdan çox davam edən görüş keçirib. Bu təmas dövlət idarəçiliyi baxımından mühüm görüşlərdən biri kimi qiymətləndirilir.

ABŞ kəşfiyyatının digər qiymətləndirmələrində İranın hərbi imkanlarının müəyyən dərəcədə zərər gördüyü, lakin tam şəkildə sıradan çıxmadığı vurğulanır. CNN-in əvvəlki məlumatlarında da İranın raket imkanlarının mühüm hissəsinin qorunduğu qeyd olunmuşdu.

Eyni zamanda, Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanmış ayrıca təhlildə İran iqtisadiyyatının mövcud sanksiyalar və hərbi təzyiqlərə baxmayaraq müəyyən müddət ərzində dayanıqlılıq göstərə biləcəyi bildirilir. Hesabatda ölkənin qlobal enerji marşrutları üzərində təsir imkanlarını saxladığı, xüsusilə Hörmüz boğazı ətrafında aktivliyin davam etdiyi vurğulanır.

Mənbələrə görə, ABŞ və İran arasında atəşkəs prosesi davam edir. Vaxtaşırı sahədə gərginlik müşahidə olunsa da, diplomatik kanalların açıq saxlanıldığı bildirilir.

ABŞ dövlət katibi Marko Rubio İranın idarəetmə sisteminin çoxqatlı xarakter daşıdığını və məhz buna görə danışıqlar prosesinin mürəkkəb keçdiyini bəyan edib. CNN-ə danışan mənbələr də qərarvermə mexanizmlərinin müxtəlif qurumlar arasında bölüşdürüldüyünü və dövlət institutlarının fəaliyyətini davam etdirdiyini bildiriblər.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı hücumları ilə başlayan qarşıdurmadan sonra 8 apreldə iki həftəlik müvəqqəti atəşkəs əldə olunmuşdu. Ardınca Tehran və Vaşinqton 11 apreldə Pakistan ərazisində daimi atəşkəs üzrə danışıqlar aparmışdı. Təxminən 21 saat davam edən görüşlər nəticəsiz başa çatmışdı.

Pakistanın vasitəçiliyi ilə ikinci mərhələ danışıqların keçirilməsi üçün səylər göstərilsə də, ABŞ-ın İrana tətbiq etdiyi dəniz blokadası və tərəflər arasında digər fikir ayrılıqları səbəbindən proses irəliləyişlə nəticələnməyib.

ABŞ Prezidenti Donald Tramp sonradan atəşkəsin uzadıldığını açıqlasa da, İran tərəfi bu qərarla bağlı rəsmi mövqe bildirməyib.

Məqalədə: #İran #ABŞ #İran-ABŞ qarşıdurması #ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi #Müctəba Xamenei

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.