7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Trampın təyyarəsi qarşısında dayanan Çin əsgəri niyə gündəm oldu?

Pekin şəhərində ABŞ Prezidenti Donald Trampın Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşmək üçün eniş etdiyi vaxt çəkilən bir video sosial şəbəkələrdə geniş rezonans doğurub.

14 May 2026 16:42
Trampın təyyarəsi qarşısında dayanan Çin əsgəri niyə gündəm oldu?

BAKI,VOA Orxan Qədirzadə

Pekin şəhərində ABŞ Prezidenti Donald Trampın Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşmək üçün eniş etdiyi vaxt çəkilən bir video sosial şəbəkələrdə geniş rezonans doğurub.

VOA xəbər verir ki, Britaniyanın “Daily Mail” qəzetinin Ağ Evi izləyən müxbiri Con Maykl Raş Trampın təyyarəsinin Pekin hava limanına enişini gözlədiyi zaman həmin anları telefon kamerası ilə qeydə alıb. O, videoda Çin əsgərinin tam hazır vəziyyətdə dayanaraq, ABŞ prezident təyyarəsi onun arxasından keçərkən heç bir reaksiya vermədiyini lentə alıb.

Müxbir videoya münasibət bildirərək, “Bu insan heç göz qırpmadı, təyyarənin mühərrik səsi çox güclü idi” sözlərini qeyd edib.

Sosial şəbəkələrdə paylaşım edildikdən dərhal sonra video sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub. Çoxsaylı istifadəçilər görüntünü Çin ictimaiyyətində simvolik bir nümunə kimi dəyərləndiriblər. Bəzi şərhlərdə həmin hərbçinin Çin Xalq Azadlıq Ordusunun fəxri qarovul dəstəsinə aid olduğu vurğulanaraq, onun daim dik dayanmaq üçün hazırlanmış hərbçi olduğu qeyd edilib.

Şərh yazanlardan bəziləri bu görüntünü Çin hərbi nizam-intizamının göstəricisi kimi qiymətləndirərək, “Bu əsgər bütün Amerika heyətini heyrətləndirdi. O, əmrlərə tam riayət edərək bir an belə tərpənmədi, sanki canlı heykəl kimi dayanmışdı” fikirlərini irəli sürüblər.

Digər istifadəçilər isə hadisənin psixoloji və hərbi nizam-intizam baxımından əhəmiyyətini önə çəkərək, yüksək səsli mühərriklərin yaratdığı təzyiqə baxmayaraq əsgərin tam hərəkətsiz qalmasını diqqətə çatdırıblar. Onların fikrincə, bu cür davranış Çin ordusunda nizam-intizam və hazırlıq səviyyəsinin göstəricisi kimi qəbul edilir.

Sosial media istifadəçiləri həmçinin bu görüntünün qlobal miqyasda Çin hərbi imicinə dair təsəvvürləri gücləndirdiyini bildirərək, əsgərin “dövlət nizam-intizamının simvoluna çevrildiyini” qeyd ediblər. Bəzi şərhlərdə onun bu davranışının Çin mədəniyyətində intizam və qaydalara sədaqət anlayışını əks etdirdiyi vurğulanıb.

Digər tərəfdən, ABŞ-dan bəzi sosial media hesabları hadisəyə fərqli yanaşma ortaya qoyub. Həmin paylaşımlarda yayılan görüntünün daha geniş versiyasına istinad edilərək, əsgərin təyyarədən kifayət qədər uzaqda olduğu və vəziyyətin qeyri-adi təhlükə yaratmadığı iddia olunub. Bu yanaşmaya görə, viral olan görüntü hadisənin dramatik təsirini artırmaq üçün yanlış şərh edilib.

Hadisə ilə bağlı müzakirələr davam edir və görüntü həm Çin, həm də ABŞ ictimaiyyətində fərqli baxışların formalaşmasına səbəb olub.

Məqalədə: #Pekin #ABŞ prezidenti Donald Tramp #Çin Xalq Respublikasının Sədri Si Cinpin #Britaniyanın Daily Mail qəzeti #Con Maykl Raş #Trampın təyyarəsinin Pekin hava limanına enişi

Mövzu üzrə digər xəbərlər

Silahlı dəstələrin yerinə neft və qaz xətləri -Vaşinqtonun Suriya və İraqdakı yeni böyük planı
ArabAZ analitika: Geosiyasi təhlillər

Silahlı dəstələrin yerinə neft və qaz xətləri -Vaşinqtonun Suriya və İraqdakı yeni böyük planı

1 Sentyabr 15:05
Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb
Qırğızıstan

Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

31 Avqust 10:35
İrana qarşı birtərəfli məhdudiyyətləri qanuni hesab etmirik - Çin
Digər Dövlətlər

İrana qarşı birtərəfli məhdudiyyətləri qanuni hesab etmirik - Çin

25 Avqust 21:50
Çinin “Tianqun” robotu 100 metri 9 saniyədən az müddətdə qət edib
Texnologiya

Çinin “Tianqun” robotu 100 metri 9 saniyədən az müddətdə qət edib

25 Avqust 17:54

Son Xəbərlər

Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.