9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Doqquz ölkə İsraillə bağlı birgə bəyanat yayıb

Doqquz ölkənin rəhbərləri İsrailin İordan çayının qərb sahilində yerləşən E1 bölgəsində yeni yaşayış məntəqələrinin genişləndirilməsi planlarını tənqid edərək bunun beynəlxalq hüquqa zidd olduğunu bildiriblər. Birgə bəyanatda İsrail hökumətinə yaşayış məntəqələrinin genişləndirilməsini dayandırmaq, zorakılıq halları ilə bağlı məsuliyyət mexanizmlərini gücləndirmək və ilhaq çağırışlarından imtina etmək çağırışı edilib.

22 May 2026 21:49
Doqquz ölkə İsraillə bağlı birgə bəyanat yayıb

BAKI,VOA,Yusif Şərifzadə

Bir sıra Qərb ölkələrinin rəhbərləri İsrailin işğal altında olan İordan çayının qərb sahilində yaşayış məntəqələrinin genişləndirilməsi planlarına qarşı birgə mövqe ortaya qoyublar. Bəyanatda planların beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.

VOA xəbər verir ki, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada, Avstraliya, Yeni Zelandiya, Norveç və Niderland rəhbərlərinin imzaladığı birgə bəyanatda İsrailin E1 bölgəsində həyata keçirməyi planlaşdırdığı tikinti layihələri tənqid olunub.

Məlumata görə, layihə Qüdsü şərqdə yerləşən Maale Adumim yaşayış məntəqəsi ilə birləşdirməyi nəzərdə tutur və minlərlə yeni yaşayış evinin inşasını əhatə edir. Bəyanat müəllifləri bu təşəbbüsün beynəlxalq hüquqa uyğun olmadığını və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmədiyini bildiriblər.

Birgə açıqlamada İsrail hökuməti yaşayış məntəqələrinin genişləndirilməsini və inzibati nəzarətin artırılmasını dayandırmağa çağırılıb. Həmçinin məskunlaşanlar tərəfindən törədilən zorakılıq halları ilə bağlı məsuliyyət mexanizmlərinin gücləndirilməsi və İsrail qüvvələrinə qarşı irəli sürülən iddiaların araşdırılmasının vacibliyi vurğulanıb.

Sənəddə eyni zamanda İsrail hökumətində bəzi şəxslər tərəfindən səsləndirilən ilhaq və fələstinlilərin məcburi köçürülməsi ilə bağlı çağırışların da qəti şəkildə rədd edildiyi qeyd olunub.

Məqalədə: #İsrail #Fələstin #Almaniya #Fransa #Böyük Britaniya #QÜDS #İordan çayının qərb sahili #Beynəlxalq hüquq #Maale Adumim #regional gərginlik #E1 bölgəsi #Yaşayış məntəqələri

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.