9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran məsələsində İsrail ilə maraqlarımız fərqlidir - Vens

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Vens rəsmi Vaşinqton ilə Tel-Əvivin regional siyasətdə hər zaman eyni mövqedən çıxış etmədiyini etiraf edib. Vens, ABŞ və İsrailin bir çox sahədə "ortaq maraqlara" sahib olduğunu bildirsə də, gərginliyin artdığı Tehran xəttində ciddi fikir ayrılıqlarına diqqət çəkib.

9 İyun 2026 11:54
İran məsələsində İsrail ilə maraqlarımız fərqlidir - Vens

BAKI,VOA, Fərid Mikayılov

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Vens rəsmi Vaşinqton ilə Tel-Əvivin regional siyasətdə hər zaman eyni mövqedən çıxış etmədiyini etiraf edib.

VOA xəbər verir ki, vitse-prezident İran məsələsində ABŞ və İsrailin strateji maraqlarının ayrışa biləcəyini və bu prosesdə Ağ Evin yalnız öz milli menafelərini güdəcəyini bəyan edib.

Vens, ABŞ və İsrailin bir çox sahədə "ortaq maraqlara" sahib olduğunu bildirsə də, gərginliyin artdığı Tehran xəttində ciddi fikir ayrılıqlarına diqqət çəkib.

"Çıxarlarımızın ayrışdığı bəzi vəziyyətlər var. Prezident Donald Trampın ən qətiyyətli olduğu məqam budur: İsrailin öz fərqli hədəfləri ola bilər, lakin ABŞ-ın İrandakı fundamental məqsədi yalnız bu ölkənin nüvə silahı əldə etməsinin qarşısını almaqdır"- deyə o bildirib.

Vitse-prezident son bir yarım il ərzində Tehran ilə nüvə proqramına dair uzunmüddətli sazişin imzalanması üçün əlverişli şəraitin formalaşdığını iddia edib. O, Vaşinqtonun diplomatik masaya sadiqliyini vurğulayaraq bildirib: "İsrail bundan məmnun ola da bilər, olmaya da bilər, lakin biz bu razılaşmanın tamamilə ABŞ-ın menafelərinə uyğun olduğunu düşünürük."

Məqalədə: #İsrail #İran #ABŞ #Vaşinqton #Cey Di Vens #İsrail-İran müharibəsi

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.