6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Niyə Pentaqon Alibabaya qarşı sanksiya tətbiq edir?

Çin hökuməti ABŞ-ın bir sıra aparıcı texnologiya şirkətlərini hərbi əlaqələrdə ittiham edərək xüsusi siyahıya daxil etməsinə kəskin etiraz edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsyan bildirib ki, Vaşinqton iqtisadi və texnoloji məsələləri siyasiləşdirir, həmçinin milli təhlükəsizlik anlayışını əsassız şəkildə genişləndirərək Çin şirkətlərinə təzyiq göstərir.

9 İyun 2026 16:54
Niyə Pentaqon Alibabaya qarşı sanksiya tətbiq edir?

BAKI,VOA Orxan Qədirzadə

Çin hökuməti ABŞ-ın bir sıra aparıcı texnologiya şirkətlərini hərbi əlaqələrdə ittiham edərək xüsusi siyahıya daxil etməsinə kəskin etiraz edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsyan bildirib ki, Vaşinqton iqtisadi və texnoloji məsələləri siyasiləşdirir, həmçinin milli təhlükəsizlik anlayışını əsassız şəkildə genişləndirərək Çin şirkətlərinə təzyiq göstərir.

Onun sözlərinə görə, Pekin ABŞ-ın Çin şirkətlərinə qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərə qəti şəkildə qarşı çıxır və Vaşinqtonu bu siyasətdən imtina etməyə çağırır.

ABŞ Müdafiə Nazirliyinin yenilənmiş siyahısına təxminən 80 şirkət və onlarla əlaqəli qurum daxil edilib. Siyahıda süni intellekt, rəqəmsal xidmətlər və yarımkeçirici sənayesi sahəsində fəaliyyət göstərən bir sıra iri Çin şirkətləri yer alıb.

Qərardan təsirlənən şirkətlər arasında Çinin texnologiya nəhəngləri olan Alibaba Group və Baidu də var.

"Alibaba" yaydığı açıqlamada şirkətin siyahıya daxil edilməsini səhv qərar adlandırıb. Şirkət bəyan edib ki, onun Çin ordusu ilə əlaqəsi yoxdur və hərbi-mülki inteqrasiya strategiyasının tərkib hissəsi deyil.

"Baidu" da ittihamları əsassız hesab etdiyini bildirib. Şirkət nümayəndəsi qeyd edib ki, qərarın ləğvi üçün bütün hüquqi vasitələrdən istifadə ediləcək.

Yenilənmiş siyahıya həmçinin Çin yarımkeçirici sənayesinin önəmli iştirakçıları olan yaddaş çipi istehsalçıları "Çanq Sin Memorı Teknolociz" və "Yanqtszı Memorı Teknolociz" də yenidən daxil edilib.

Analitiklərin fikrincə, bu addım Vaşinqtonun Çin texnologiya sektoruna qarşı nəzarət siyasətinin davamı kimi qiymətləndirilir. Belə siyahılar dərhal hüquqi məhdudiyyət yaratmasa da, gələcəkdə investisiya, ticarət və texnologiya sahələrində daha sərt tədbirlərin tətbiqi üçün əsas rolunu oynaya bilər.

Qərar ABŞ Prezidenti Donald Tramp ilə Çin sədri Si Cipin arasında ötən ay Pekində keçirilmiş görüşdən sonra münasibətlərin sabitləşdirilməsi istiqamətində verilən mesajların fonunda diqqət çəkir.

Məlumata görə, Tramp Çin liderini sentyabr ayında Vaşinqtona səfərə dəvət edib. Bu isə son aylarda iki ölkə arasında ticarət və texnologiya sahəsində gərginliyin azaldılması ilə bağlı gözləntiləri artırmışdı.

Mütəxəssislər hesab edirlər ki, ABŞ və Çin arasında texnologiya rəqabəti süni intellekt, yarımkeçiricilər və strateji texnologiyalar sahəsində qarşıdakı dövrdə də qlobal iqtisadi gündəmin əsas mövzularından biri olaraq qalacaq.

Məqalədə: #Çin şirkətləri #Çin şirkətlərinin Çin siyasətində rolu #ABŞ-nin Çin şirkətlərinə qarşı ittihamı #Niyə Pentaqon Çin şirkətlərinə qarşı sanksiya tətbiq edir

Mövzu üzrə digər xəbərlər

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

11:02
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
11:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.