13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Vuçiç istefa siqnalı verdi: Serbiyada növbədənkənar seçkilər keçirilə bilər

Serbiya Prezidenti Aleksandar Vuçiç yaxın aylarda vəzifəsindən istefa verməyi planlaşdırdığını açıqlayıb. Dövlət başçısı eyni zamanda gələcək siyasi fəaliyyətini baş nazir postunda davam etdirməyi nəzərdən keçirdiyini bildirib. Gələn ilin may ayında prezidentlik müddətinin ikinci dövrü başa çatacaq Vuçiç ölkə konstitusiyasına əsasən üçüncü dəfə prezidentliyə namizəd ola bilmədiyi üçün siyasi karyerasını başqa vəzifədə davam etdirməyə hazırlaşır.

11 İyun 2026 09:23
Vuçiç istefa siqnalı verdi: Serbiyada növbədənkənar seçkilər keçirilə bilər

BAKI,VOA Orxan Qədirzadə

Serbiya Prezidenti Aleksandar Vuçiç yaxın aylarda vəzifəsindən istefa verməyi planlaşdırdığını açıqlayıb. Dövlət başçısı eyni zamanda gələcək siyasi fəaliyyətini baş nazir postunda davam etdirməyi nəzərdən keçirdiyini bildirib.

Gələn ilin may ayında prezidentlik müddətinin ikinci dövrü başa çatacaq Vuçiç ölkə konstitusiyasına əsasən üçüncü dəfə prezidentliyə namizəd ola bilmədiyi üçün siyasi karyerasını başqa vəzifədə davam etdirməyə hazırlaşır.

Aleksandar Vuçiç Serbiya Dövlət Radio və Televiziyasının tərkibində fəaliyyət göstərən Belqrad Radiosuna müsahibəsində baş nazir vəzifəsinə namizəd olub-olmayacağı ilə bağlı suala cavab verərkən bildirib ki, bu ehtimalı ciddi şəkildə nəzərdən keçirir.

Onun sözlərinə görə, yaxın saatlarda keçiriləcək mühüm görüşdə seçki siyahılarının formalaşdırılması məsələsi də müzakirə olunacaq.

"Baş nazir vəzifəsinə namizəd olmağı düşünürəm. Bu axşam mühüm görüşümüz var. Siyahıların necə tərtib ediləcəyini müzakirə edəcəyik. Siyahılarda çoxlu sayda gənc, enerjili insanlara və tələbələrə yer veriləcək", – deyə Vuçiç qeyd edib.

Serbiya lideri yaxın gələcəkdə prezident postundan ayrılmaq niyyətində olduğunu da açıqlayıb.

"İstefa verməyi planlaşdırıram. Ola bilsin ki, bunu üç-dörd ay ərzində həyata keçirim. Vaxtı gələndə ictimaiyyətə məlumat veriləcək. Bu, heç kim üçün gözlənilməz olmayacaq. Artıq prezident iqamətgahındakı kitablarımı toplamağa başlamışam. Prezidentliyim dövründə aldığım 1200 kitabı bağışlayacağam", – deyə dövlət başçısı bildirib.

Vuçiç həmçinin ölkədə növbədənkənar seçkilərin keçirilməsinin gündəmdə olduğunu vurğulayıb.

Onun sözlərinə görə, seçkilər təxminən üç və ya dörd ay ərzində təşkil edilə bilər.

"Seçkilər üç və ya dörd ay ərzində keçiriləcək. Onlar iyul və ya avqust aylarında baş tutmayacaq. Lakin həmin aylarda seçkilərin elan olunması məsələsi ayrıca müzakirə mövzusudur", – deyə Serbiya Prezidenti əlavə edib.

Vuçiçin açıqlamaları ölkənin siyasi gündəmində geniş rezonans doğurub. Ekspertlər hesab edirlər ki, prezidentin istefa qərarı və baş nazir postuna keçid ehtimalı Serbiyada siyasi sistemin yenidən formalaşmasına təsir göstərə bilər.

Hazırda ölkədə növbədənkənar seçkilərin keçirilməsi və hakimiyyət daxilində mümkün dəyişikliklərlə bağlı müzakirələr davam edir.

Məqalədə: #Aleksandar Vuçiç #Belqrad #Serbiya Prezidenti #Serbiya seçkiləri #növbədənkənar seçkilər #baş nazir namizədliyi #Serbiya siyasəti #hakimiyyət dəyişikliyi

Mövzu üzrə digər xəbərlər

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13:16
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52

Son Xəbərlər

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
13:16
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
13:02
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
13:00
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
12:50
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.