5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Almaniya Belarus sərhədinə 5 min əsgər köçürür

Almaniya Silahlı Qüvvələri NATO-nun şərq cinahını gücləndirmək strategiyası çərçivəsində Belarus sərhədinə yaxın ərazilərə hərbi qüvvə yerləşdirməyə başlayıb. Almaniya quru qoşunlarının müfəttişi, general-leytenant Kristian Froydinqin sözlərinə görə, əsas hədəf gələn il — 2027-ci ilə qədər Litvadakı bu hərbi briqadanın tam döyüş hazırlığını təmin etməkdir.

22 İyun 2026 16:49
Almaniya Belarus sərhədinə 5 min əsgər köçürür

BAKI,VOA, Fərid Mikayılov

Almaniya Silahlı Qüvvələri NATO-nun şərq cinahını gücləndirmək strategiyası çərçivəsində Belarus sərhədinə yaxın ərazilərə hərbi qüvvə yerləşdirməyə başlayıb.

VOA xəbər verir ki, rəsmi Berlin Litvada, birbaşa Belarus sərhədinin yaxınlığında ümumilikdə 5 minə yaxın əsgərdən ibarət briqada formalaşdırır.

Hazırda Litva ərazisində 1,8 min alman hərbçisinin dislokasiya olunduğu və onların sərhəd zonasında aktiv hərbi təlimlər keçirdiyi bildirilir.

Almaniya quru qoşunlarının müfəttişi, general-leytenant Kristian Froydinqin sözlərinə görə, əsas hədəf gələn il — 2027-ci ilə qədər Litvadakı bu hərbi briqadanın tam döyüş hazırlığını təmin etməkdir.

Planlaşdırılan hərbi strategiyaya əsasən, 2027-ci ilin sonuna kimi iki alman batalyonu daimi əsaslarla bölgədə yerləşdiriləcək.

Bundesver rəsmiləri briqadanın tam komplektləşdirilməsi üçün zərurət yaranacağı təqdirdə əsgərlərin məcburi qaydada xidmətə cəlb olunma ehtimalını da istisna etmirlər. NATO-nun bu addımlarına reaksiya verən Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko isə bəyan edib ki, alyans ölkələri Moskva ilə real hərbi toqquşmaya hazırlaşır və Qərbin əsas məqsədi Rusiyanı strateji məğlubiyyətə uğratmaqdır.

Məqalədə: #Almaniya #Belarus #NATO

Mövzu üzrə digər xəbərlər

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Texnologiya

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb

22:14
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12
Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır
Suriya

Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır

4 Sentyabr 11:31

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.