5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Fransada rekord istilər ölüm sayını artırdı - Qısa müddətdə əlavə 1000 nəfər həyatını itirib

Fransada son günlər Qərbi Avropanı təsiri altına alan rekord istilər fonunda ölüm hallarının nəzərəçarpacaq dərəcədə artdığı açıqlanıb. Fransa İctimai Səhiyyə Agentliyinin yaydığı məlumata görə, iyunun 24-dən etibarən ölkədə qeydə alınan ölüm sayı əvvəlki ayların göstəriciləri ilə müqayisədə təxminən 1000 nəfər çox olub.

28 İyun 2026 13:13
Fransada rekord istilər ölüm sayını artırdı - Qısa müddətdə əlavə 1000 nəfər həyatını itirib

BAKI,VOA Orxan Qədirzadə

Fransada son günlər Qərbi Avropanı təsiri altına alan rekord istilər fonunda ölüm hallarının nəzərəçarpacaq dərəcədə artdığı açıqlanıb.

Fransa İctimai Səhiyyə Agentliyinin yaydığı məlumata görə, iyunun 24-dən etibarən ölkədə qeydə alınan ölüm sayı əvvəlki ayların göstəriciləri ilə müqayisədə təxminən 1000 nəfər çox olub.

Qurum bildirib ki, bu rəqəmlər ilkin xarakter daşıyır və yekun hesablamalar aparıldıqdan sonra ölüm sayının daha yüksək ola biləcəyi istisna edilmir.

Agentliyin məlumatına əsasən, ən ağır vəziyyət yüksək temperaturla bağlı ən yüksək – qırmızı təhlükə səviyyəsinin elan edildiyi bölgələrdə qeydə alınıb.

Əlavə ölüm hallarının təxminən 85 faizi 65 yaş və daha yuxarı yaş qrupuna aid şəxslərin payına düşüb.

Məlumata görə, ən ciddi artım ev şəraitində baş verən ölüm hallarında müşahidə olunub. Xüsusilə Paris və onun ətraf ərazilərini əhatə edən İl-de-Frans bölgəsində evdə həyatını itirənlərin sayında əhəmiyyətli yüksəliş qeydə alınıb.

Fransa İctimai Səhiyyə Agentliyi bu vəziyyətin tənha yaşayan və cəmiyyətdən təcrid olunmuş insanlara, o cümlədən iri şəhərlərdə yaşayan yaşlı şəxslərə qarşı həmrəylik tədbirlərinin daha da gücləndirilməsinin vacibliyini bir daha göstərdiyini vurğulayıb.

Qurum qeyd edib ki, isti hava dalğaları zamanı xüsusilə yaşlı və həssas əhali qruplarına müntəzəm nəzarət və sosial dəstəyin göstərilməsi ölüm riskinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu arada, bazar günü Fransanın əksər bölgələrində hava şəraitinin nisbətən sabitləşdiyi bildirilib. Son günlər bir çox ərazidə havanın temperaturu 40 dərəcədən yuxarı qalxsa da, hazırda istilərin tədricən səngiməyə başladığı qeyd olunur.

Məqalədə: #Fransada rekord istilər #Qərbi Avropa isti hava dalğası #ölüm hallarının artması #Fransa İctimai Səhiyyə Agentliyi #iyun 24-dən etibarən əlavə ölüm #yüksək temperatur və qırmızı təhlükə səviyyəsi #65 yaş və yuxarı əhali

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.