13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail rəhbərliyi yeni hərbi tədbirlər paketini açıqlayıb

İsrail rəhbərliyi işğal altındakı İordan çayının qərb sahilində hərbi əməliyyatların genişləndirilməsi barədə göstəriş verib. Tal kəndi yaxınlığındakı silahlı insidentdən sonra şübhəli şəxsin evinin söküləcəyi bildirilib. Bölgəyə əlavə hərbi qüvvələr göndərilməsi planlaşdırılır. Yeni nəzarət-buraxılış məntəqələrinin yaradılması və bəzi iş icazələrinin ləğvi də nəzərdə tutulur. İsrail tərəfi məskunlaşma məntəqələrinin genişləndirilməsi planını da açıqlayıb. İlkin araşdırmaya görə, hadisə əvvəlcədən planlaşdırılmayıb. Bölgədə gərginliyin daha da artacağı ehtimal edilir.

24 İyul 2026 17:41
İsrail rəhbərliyi yeni hərbi tədbirlər paketini açıqlayıb

BAKI,VOA,Yusif Şərifzadə

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrail Kats son 24 saat ərzində işğal altındakı İordan çayının qərb sahilində baş vermiş hadisələrdən sonra bölgədə hərbi əməliyyatların genişləndirilməsi barədə göstəriş verdiklərini açıqlayıblar.

VOA xəbər verir ki, Netanyahu və Katsın birgə bəyanatında İsrail ordusuna Tal kəndi yaxınlığında baş vermiş silahlı insidentdə şübhəli bilinən şəxsin evinin sökülməsi tapşırılıb. Bəyanatda həmçinin İsrailin "təhlükə mənbəyi" hesab etdiyi kəndlərdə daha intensiv hərbi əməliyyatların həyata keçiriləcəyi bildirilib.

Məlumata görə, Tal kəndi yaxınlığında baş vermiş atışma zamanı azı dörd fələstinli və bir israilli həlak olub. Hadisə israilli məskunlaşanların ordunun razılığı olmadan qadağan olunmuş əraziyə daxil olmasından sonra baş verib. İsrail ordusu bu addımı "təhlükəli" kimi qiymətləndirib.

İsrail Ordusunun Radiosunun yaydığı məlumata əsasən, hadisə ilə bağlı aparılan ilkin araşdırma atəş açılmasının əvvəlcədən planlaşdırılmadığı qənaətinə gəlib.

Bəyanatda bildirilib ki, İsrail təhlükəsizlik qüvvələri işğal altındakı İordan çayının qərb sahili boyunca əlavə hərbi qüvvələrlə gücləndiriləcək. Bununla yanaşı, nəqliyyat marşrutlarının ayrılması, yeni nəzarət-buraxılış məntəqələrinin yaradılması, silahların müsadirəsi və bəzi fələstinlilərin iş icazələrinin ləğvi kimi tədbirlərin görüləcəyi qeyd olunub.

Netanyahu və Kats həmçinin kənd təsərrüfatı məqsədli məskunlaşma məntəqələrinin leqallaşdırılması prosesinin sürətləndiriləcəyini və yeni məskunlaşma məntəqələrinin yaradılacağını açıqlayıblar.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Fələstin #İordan çayının qərb sahili #Hərbi əməliyyat #İsrail Kats #Tal kəndi #Məskunlaşma məntəqələri

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.