4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-nin Hörmüz boğazındakı fəaliyyətinə mane olarsa, Omanı bombalayarıq - Tramp

ABŞ Prezidenti Donald Tramp İranla gərginliyin davam etdiyi Hörmüz boğazında ABŞ-nin fəaliyyətinə mane olacağı təqdirdə Omanın bombalanacağını bildirib. Müxbirin Trampdan Omanın ABŞ-nin Hörmüz boğazındakı fəaliyyətinə müdaxilə etməsi halında Vaşinqtonun hansı addımı atacağını soruşduğunu bildirən Yanqst ABŞ prezidentinin belə cavab verdiyini qeyd edib:

17 Avqust 2026 16:18
ABŞ-nin Hörmüz boğazındakı fəaliyyətinə mane olarsa, Omanı bombalayarıq - Tramp

BAKI,VOA, Fərid Mikayılov

ABŞ Prezidenti Donald Tramp İranla gərginliyin davam etdiyi Hörmüz boğazında ABŞ-nin fəaliyyətinə mane olacağı təqdirdə Omanın bombalanacağını bildirib.

VOA xəbər verir ki, Tramp bu fikirləri “Foks Nyus” telekanalının müxbiri Trey Yanqstla müsahibəsində səsləndirib.

Müxbirin Trampdan Omanın ABŞ-nin Hörmüz boğazındakı fəaliyyətinə müdaxilə etməsi halında Vaşinqtonun hansı addımı atacağını soruşduğunu bildirən Yanqst ABŞ prezidentinin belə cavab verdiyini qeyd edib:

“Əgər Oman qarşımıza çıxarsa, onları ağır şəkildə bombalayarıq”.

Tramp həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmiləri ilə gizli əlaqə kanallarının olduğunu bildirib.

ABŞ prezidenti İranın əlində ABŞ istehsalı sursatların yalnız “kiçik bir hissəsinin” istifadə edildiyini iddia edib. O, Tehranın orta səviyyəli çoxsaylı silahlara malik olduğunu deyərək, keçmiş ABŞ prezidenti Co Baydenin daha inkişaf etmiş sistemləri Ukraynaya verdiyini bildirib.

İranla əldə olunan razılaşmanın müddətinin başa çatması məsələsinə toxunan Tramp Tehran rəhbərliyinin “təslim olmalı olduğunu” deyib.

“Buna tələsmirəm”, – deyə ABŞ prezidenti əlavə edib.

Tramp ABŞ-nin İrana tətbiq etdiyi dəniz blokadasının iqtisadi təzyiq yaratdığını bildirərək, Tehranı bu məsələdə “blef etməkdə” ittiham edib.

Qəzza və İsrail seçkiləri

Tramp İsraildə oktyabr ayında keçirilməsi planlaşdırılan seçkilərə də münasibət bildirib.

“Mənim İsrail seçkilərindən kənarda qalmağım ən düzgün variantdır, lakin namizədlərdən birini dəstəkləyə bilərəm”, – deyə o bildirib.

ABŞ prezidenti HƏMAS ilə müxtəlif kanallar vasitəsilə əlaqələrin davam etdiyini də açıqlayıb. Onun sözlərinə görə, HƏMAS “silahı yerə qoyacaq”.

Tramp eyni zamanda İsrailin Qəzzaya hücum etməməli olduğunu bildirib.

Məqalədə: #İran #ABŞ #Donald Tramp #Oman #Hörmüz boğazı #Hörmüz boğazı strateji əhəmiyyəti

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

21:23

Son Xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.