11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyası Yaponiyanı qəzəbləndirdi

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yaponiyalı sədri Tomoko Akane və baş prokuror müavini Abdullah Se-yə qarşı sanksiya tətbiq edib. Yaponiya Vaşinqtonun qərarını “çox təəssüf doğuran” addım kimi qiymətləndirib. Tokio BCM-ni beynəlxalq hüququn aliliyinin qorunmasında dəstəklədiyini bildirib. ABŞ-ın sanksiyaları Akane və Se-nin ölkə daxilindəki vəsaitlərinin və maliyyə maraqlarının dondurulmasını, həmçinin ABŞ maliyyə sistemi üzərindən onlarla maliyyə və kommersiya əməliyyatlarının qadağan edilməsini nəzərdə tutur.

19 Avqust 2026 15:05
ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyası Yaponiyanı qəzəbləndirdi

BAKI,VOA Orxan Qədirzadə

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yaponiyalı sədri Tomoko Akane və baş prokuror müavini Abdullah Se-yə qarşı sanksiya tətbiq edib.

Yaponiya Vaşinqtonun qərarını “çox təəssüf doğuran” addım kimi qiymətləndirib. Tokio BCM-ni beynəlxalq hüququn aliliyinin qorunmasında dəstəklədiyini bildirib.

ABŞ-ın sanksiyaları Akane və Se-nin ölkə daxilindəki vəsaitlərinin və maliyyə maraqlarının dondurulmasını, həmçinin ABŞ maliyyə sistemi üzərindən onlarla maliyyə və kommersiya əməliyyatlarının qadağan edilməsini nəzərdə tutur.

Vaşinqton BCM rəsmilərini ABŞ və məhkəmənin yurisdiksiyasını qəbul etməyən müttəfiq ölkələrin vətəndaşlarına qarşı səlahiyyətlərini aşmaqda ittiham edir. Dövlət katibi Marko Rubio məhkəməni “siyasi” və “korrupsiyaya uğramış” qurum adlandırıb.

BCM isə sanksiyaları beynəlxalq məhkəmənin müstəqilliyinə təhdid kimi qiymətləndirərək onların hüququn aliliyini zəiflətdiyini açıqlayıb. Niderland da məhkəmə əməkdaşlarına qarşı tətbiq olunan tədbirlərə etiraz edib.

İsrail isə ABŞ-ın qərarını alqışlayıb. Baş nazir Benyamin Netanyahu BCM-nin İsrail rəsmilərinə, o cümlədən özü və keçmiş müdafiə naziri Yoav Qallanta qarşı həbs qərarlarından sonra Vaşinqtonun mövqeyini dəstəkləyib.

BCM 1998-ci ildə Roma Statutu ilə yaradılıb və 2002-ci ildən fəaliyyət göstərir. Məhkəmə soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxsləri mühakimə edir.

Məqalədə: #Benyamin Netanyahu #Beynəlxalq Cinayət Məhkəməsi #Marko Rubio #Roma Statutu #Beynəlxalq hüquq #ABŞ Beynəlxalq Cinayət Məhkəməsi #Tomoko Akane #Yaponiya ABŞ münasibətləri #BCM sanksiyaları #ABŞ-ın BCM-yə qarşı sanksiyaları #Abdullah Se #Niderland BCM #BCM İsrail qərarları #BCM Rusiya araşdırması #beynəlxalq ədalət sistemi

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10

Son Xəbərlər

İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
12:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.