6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Norveç kralı V Haraldın səhhəti pisləşib

Norveç kralı V Haraldın səhhətinin xəstəxanada müalicə aldığı vaxt pisləşdiyi açıqlanıb. Kral sarayı 89 yaşlı monarxın müalicəyə cavab verdiyini, lakin səhhətinin ciddi nəzarətdə saxlanıldığını bildirib.Kral sarayının yaydığı məlumata görə, V Harald qanda bakterial infeksiya səbəbindən antibiotik müalicəsi alır.

24 Avqust 2026 09:34
Norveç kralı V Haraldın səhhəti pisləşib

BAKI, VOA Orxan Qədirzadə

Norveç kralı V Haraldın səhhətinin xəstəxanada müalicə aldığı vaxt pisləşdiyi açıqlanıb. Kral sarayı 89 yaşlı monarxın müalicəyə cavab verdiyini, lakin səhhətinin ciddi nəzarətdə saxlanıldığını bildirib.

Kral sarayının yaydığı məlumata görə, V Harald qanda bakterial infeksiya səbəbindən antibiotik müalicəsi alır.

Kral ötən həftə Oslo Universitet Xəstəxanasına yerləşdirilib. Onun kortizon müalicəsi nəticəsində orqanizmdə maye yığılması ilə bağlı problem yaşadığı və iki həftəlik xəstəlik məzuniyyətinə çıxdığı bildirilib.

1991-ci ildən Norveç taxtında olan V Harald son illərdə bir sıra sağlamlıq problemləri ilə üzləşib. Buna baxmayaraq, kral dəfələrlə taxtdan imtina etmək niyyətində olmadığını açıqlayıb.

Kralın səhhətindəki problemlər Norveç kral ailəsinin digər çətinliklərlə üzləşdiyi dövrə təsadüf edir. Vəliəhd şahzadə Hakoonun həyat yoldaşı Mette-Marit mərhum amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə görə tənqid olunur.

Bundan başqa, Mette-Maritin oğlu Marius Borq Hoiby iyun ayında zorlama və digər 32 ittiham üzrə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə qərarından apellyasiya şikayəti verib.

Məqalədə: #Norveç kral sarayı #Norveç kralı V Harald #V Haraldın səhhəti #Norveç monarxiyası #V Harald xəstəxanada #Norveç kral ailəsi #Oslo Universitet Xəstəxanası #bakterial infeksiya #V Harald müalicə alır #Norveç vəliəhdi Hakoon #Mette-Marit #Norveç kral ailəsində böhran

Mövzu üzrə digər xəbərlər

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

11:02
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
11:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.