14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İlan sancması müalicəsində süni intellekt həlli

Süni intellekt vasitəsilə təbiətdə mövcud olmayan zülalların yaradılması, ilan sancmalarına qarşı mübarizədə əhəmiyyətli bir irəliləyiş vəd edir.

17 Yanvar 2025 20:00
İlan sancması müalicəsində  süni intellekt həlli

Bakı, AzerVoice

Süni intellekt vasitəsilə təbiətdə mövcud olmayan zülalların yaradılması, ilan sancmalarına qarşı mübarizədə əhəmiyyətli bir irəliləyiş vəd edir.

AzerVoice xəbər verir ki, 2024-cü il kimya üzrə Nobel mükafatçısı Prof. Dr. Devid Beykerin rəhbərlik etdiyi tədqiqatçılar, ölümcül ilan zəhərinin təsirini zərərsizləşdirmək üçün yeni texnologiyalar hazırlayıblar.

Beynəlxalq komanda, ilan zəhərlərində tapılan və mövcud antidotlara müqavimət göstərən "üç barmaqlı toksinlər" adlanan xüsusi zülallara qarşı mübarizə aparıb. Süni intellektlə hazırlanmış yeni molekulları siçanlar üzərində sınaqdan keçirən tədqiqatçılar, heyvanların 80-100 faiz sağ qaldığını müşahidə ediblər.

Prof. Dr. Beyker bildirib ki, bu zülalların süni intellektlə yaradılması prosesi kəşf müddətini xeyli sürətləndirib.

Məqalənin müəlliflərindən Timothy Patrick Jenkins bildirib ki, bu zülallar, mövcud antikorlardan daha çevik və təsirlidir.

Yeni müalicə üsulu bütün ilan zəhərlərinə qarşı tətbiq edilə bilməz, çünki ilan zəhərlərinin tərkibi fərqlidir. Buna baxmayaraq, süni intellektin bu prosesdə rolu, zəhərin tərkibinin öyrənilməsi və uyğun zülalların hazırlanmasında böyük irəliləyiş təmin edə bilər.

Dioqo Martins isə qeyd edib ki, bu yanaşma hələ erkən mərhələdədir, lakin potensial olaraq ilan sancmalarına qarşı qlobal səviyyədə inqilab yarada bilər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ilan sancmaları hər il 2 milyondan çox insana təsir edir və ən azı 100 min insanın ölümünə səbəb olur. Bu texnologiya, xüsusilə Afrika və Asiyanın aşağı gəlirli bölgələrində müalicəni daha əlçatan və təsirli edə bilər.

Məqalədə: #Süni intellekt

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.