Bakı, AzerVoice:
2026-cı ilin Beynəlxalq Qadın Fermerlər İli elan edilməsinə dair qətnamə layihəsi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında təsdiqlənib.
AzerVoice xəbər verir ki, Beynəlxalq Qadın Fermerlər İli çərçivəsində bütün kənd təsərrüfatı və qida sistemində qadın fermerlərin qarşılaşdıqları çətinliklərin anlaşılması və onlara həll yollarının tapılması gözlənilir.
Bundan başqa, kənd təsərrüfatı sahəsində gender bərabərliyinə nail olmaq və qadınların səlahiyyətlərinin artırılması kimi mövzularda tədbirlər təşkil etmək əsas prioritetlərdəndir.