Bakı,AzerVoice:
Dünyanın ən mühüm avtomobil sərgilərindən biri olan Cenevrə avtomobil sərgisi növbəti tədbirinin azalan tələblə əlaqədar Qətərdə keçirilməsi planlaşdırılır.
AzerVoice xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində hər il keçirilən avtomobil sərgisinin 120 ildən sonra azalan tələb və çətin bazar mühiti səbəbindən bir daha keçirilməyəcəyi bildirilib.
"Qeyri-müəyyən perspektivə görə, Cenevrə Avtomobil Sərgisinin növbəti tədbirinin Cenevrədə deyil, 2025-ci ilin noyabrında Qətərdə keçirilməsi planlaşdırılır",- deyə sərgi təşkilatçıları tərəfindən yazılı açıqlama verilmişdir.
Qeyd edək ki, Cenevrə avtosalonu ilk dəfə 1905-ci ildə keçirilib və onilliklər ərzində dünyanın ən mühüm avtomobil sərgiləri arasında olub. Cenevrədəki Palexpo Sərgi Mərkəzində təşkil edilən və hər il 1000-ə yaxın avtomobilin sərgiləndiyi sərgi Covid-19 epidemiyası səbəbiylə dörd il keçirilə bilmədi. Son yarmarkada 200 min ziyarətçi hədəf alınsa da, yalnız 168 min ziyarətçi iştirak edib.