8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Hindistanda şiddətli istilər səbəbindən 192 evsiz insan ölüb

21 İyun 2024 11:51
Hindistanda şiddətli istilər səbəbindən 192 evsiz insan ölüb

Bakı, VOA

Hindistanın paytaxtı Yeni Dehlidə şiddətli istilər səbəbindən 9 gündə 192 evsiz insanın öldüyü açıqlanıb.

VOA xəbər verir ki, “India Today” qəzetinin məlumatına görə, Centre for Holistic Development (Bütüncül İnkişaf Mərkəzi) qeyri-hökumət təşkilatı 11-19 iyun tarixləri arasında şiddətli istilər nəticəsində ölən evsiz insanlar haqqında hesabat dərc edib.

Məlumata görə, paytaxt Yeni Dehlidə 9 gündə 192 evsiz insan həyatını itirib. Bu, son 6 ildə ən çox evsizlərin şiddətli istilər səbəbindən öldüyü dövr olub.

Qeyd edək ki, paytaxt Yeni Dehlidə 11-19 iyun tarixləri arasında 2023-cü ildə 75, 2022-ci ildə 150, 2021-ci ildə 58, 2020-ci ildə 124, 2019-cu ildə 143 evsiz şiddətli istilər səbəbindən həyatını itirmişdi.

Bütüncül İnkişaf Mərkəzinin direktoru Sunil Kumar Aledia açıqlamasında bildirib ki, bu həyəcanverici statistika cəmiyyətin ən həssas qrupu olan evsiz insanlar üçün təcili şəkildə effektiv tədbirlərin görülməli olduğunu göstərir.

Aledia havanın çirklənməsi, sürətli sənayeləşmə, şəhərləşmə və meşələrin qırılmasının temperaturu artırdığına diqqət çəkərək, bu vəziyyətin evsizlərin vəziyyətini daha da pisləşdirdiyini qeyd edib.

Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 1-dən iyunun 18-dək ölkə daxilində şiddətli istilər səbəbindən 40 min 272 günvurma halı qeydə alınıb. ki, bunların 457-si iyunun 18-də baş verib.

Onu da əlavə edək ki, Hindistanda hər il mart ayında havalar isinməyə başlayır və həddindən artıq istilər səbəbindən çoxlu insan ölür. Bütün zamanların ən yüksək temperaturu isə mayın 29-da paytaxt Yeni Dehlidə 52,9 dərəcə ilə qeydə alınıb.

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) qlobal temperaturun artmasına səbəb olan "El Nino" hava fenomeninin sona çatma əlamətlərini göstərdiyini və bu ilin sonlarına doğru planetində sərinliyi qoruyan "La Nina" hava şəraitinə geri qayıdacağının ehtimal edildiyini bildirib.

WMO El Nino ilə bağlı dərc etdiyi hesabatda, "keçən ildən təsirli olan və bütün dünyada qlobal temperaturun artmasına və ekstremal hava şəraitinə səbəb olan El Nino artıq sona çatma əlamətlərini göstərir”-deyə qeyd olunub. Həmçinin hesabatda, bu ilin iyul-sentyabr dövründə La Ninanın müşahidə edilmə ehtimalının 60% olaraq təxmin edildiyi bildirilib.

Hesabatda fikirləri yer alan WMO Baş Katibinin müavini Ko Barrett “2023-cü ilin iyun ayından etibarən hər ay yeni temperatur rekordu yaşanıb və 2023-cü il indiyə qədər qeydə alınan ən isti il ​​olub.”- deyə əlavə edib.

El Nino effektinin sona çatmasının "uzun müddətli iqlim dəyişikliyində fasilə" mənasına gəlmədiyinə diqqət çəkən Barret, planetin istixana qazları səbəbiylə istiləşməyə davam edəcəyini qeyd edib.

"Növbəti aylarda dəniz səthinin qeyri-adi dərəcədə yüksək temperaturu müşahidə olunacaq. Atmosferimizdəki əlavə istilik və rütubət səbəbindən hava şəraitimiz daha çətin olmağa davam edəcək. Bu səbəbdən "hamı üçün ilkin xəbərdarlıqlar" Ümumdünya Meteorologiya Təşkilatı əsas prioriteti olaraq qalır."-deyə Barrett əlavə edib.

Hindistanda şiddətli istilər səbəbindən 192 evsiz insan ölüb
Məqalədə: #Hindistan #ölüm #Ümumdünya Meteorologiya Təşkilatı #El Nino

Mövzu üzrə digər xəbərlər

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
Qırğızıstan

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

1 Sentyabr 09:22
Hindistan İranla ticarət əlaqələrini genişləndirmək istəyir - Modi
Digər Dövlətlər

Hindistan İranla ticarət əlaqələrini genişləndirmək istəyir - Modi

31 Avqust 18:23
ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian
İran

ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian

31 Avqust 18:17
Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi
ArabAZ analitika: Geosiyasi təhlillər

Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

27 Avqust 21:25

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.