5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Həccdə ölüm hallarını azaltmaq üçün karbon emissiyasına diqqət edilməlidir -Davide Faranda

28 İyun 2024 15:11
Həccdə ölüm hallarını azaltmaq üçün karbon emissiyasına diqqət edilməlidir -Davide Faranda

Bakı, VOA

Dünyada beş milyard insan şiddətli istilərin təsirinə məruz qalıb.

VOA xəbər verir ki, iqlim dəyişikliyinin yaratdığı şiddətli isti dalğası 16-24 iyun tarixləri arasında dünyanın müxtəlif yerlərində təxminən beş milyard insana təsir edib.

Beynəlxalq tədqiqat təşkilatı Climate Central alimlərinin təhlilinə əsasən, dünya əhalisinin 60 faizindən çoxu bu ayın ortasından etibarən iqlim dəyişikliyi nəticəsində ən azı üç dəfə daha çox olan şiddətli istilərə məruz qalıb.

Neft, qaz və kömürün yanması nəticəsində yaranan emissiyanın yaratdığı iqlim dəyişikliyi səbəbindən 16-24 iyun tarixləri arasında Hindistanda 619 milyon, Çində isə 579 milyon insan şiddətli isti havadan əziyyət çəkib.

İndoneziyada 231 milyon, Nigeriyada 206 milyon, Braziliyada 176 milyon, Banqladeşdə 171 milyon və ABŞ-da 165 milyon insan şiddətli isti havadan təsirlənib həmçinin, Avropada 152 milyon, Meksikada 123 milyon, Efiopiyada 121 milyon insan və Misirdə isə 103 milyon insan anormal istilərə məruz qalıb.

Bildirilib ki, Çində 50 dərəcəyə çatan şiddətli temperaturdan sonra Vuhan şəhəri kondisionerdən istifadə nəticəsində yaranan əlavə elektrik tələbatını qarşılamaq üçün elektrik enerjisinə günlük norma qoymağa başlaya bilər.

Həddindən artıq istilər nəticəsində Misirdə elektrik enerjisinə tələbatın artması elektrik enerjisinin müvəqqəti və planlı kəsilməsinə səbəb olub.

Birləşmiş Millətlər Təşkilatının iqlim elmləri qrumu olan IPCC-nin məlumatına görə, insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə səbəbindən hər 50 ildən bir baş verən həddindən artıq isti dalğaları indi demək olar ki, 5 dəfə daha intensiv müşahidə edilir.

Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) tədqiqatçısı Davide Faranda, "Builki Həcc zamanı yaşanan ölümcül istilər birbaşa fosil yanacaqların yandırılması ilə bağlıdır və ən müdafiəsiz zəvvarlara təsir edib" - deyə qeyd edib.

Yaxın Şərq vətəndaşlarının və zəvvarların sağlamlığını və təhlükəsizliyini qorumaq üçün təcili tədbirlərin görülməsinin vacib olduğunu vurğulayan Faranda, "Yalnız fosil yanacaqdan istifadənin azaldılması kritik temperatur həddinə çatmağın qarşısını ala bilər və bu mühüm dini ziyarətlərin təkrarlanan faciələrə çevrilməsinin qarşısını ala bilər. " deyə o əlavə edib.

Həccdə ölüm hallarını azaltmaq üçün karbon emissiyasına diqqət edilməlidir -Davide Faranda
Məqalədə: #Həcc #iqlim dəyişikliyi #qlobal istiləşmə #Climate Central

Mövzu üzrə digər xəbərlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
Digər Dövlətlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib

4 Sentyabr 18:45
Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi
Tarixdə bu gün

Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

23 Avqust 04:00
Həcc 2027 üçün yeni qaydalar təsdiqləndi: Zəvvarların qalacağı yerlər necə olacaq?
Səudiyyə Ərəbistanı

Həcc 2027 üçün yeni qaydalar təsdiqləndi: Zəvvarların qalacağı yerlər necə olacaq?

15 Avqust 22:54
Avropa daha isti gələcəyə hazırdırmı?
Digər Dövlətlər

Avropa daha isti gələcəyə hazırdırmı?

14 Avqust 06:00

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.