5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

“Microsoft Windows”dakı qlobal xəta ilə bağlı rəsmi xəbərdarlıq

19 İyul 2024 16:30
“Microsoft Windows”dakı qlobal xəta ilə bağlı rəsmi xəbərdarlıq

Bakı, AzerVoice

Dünya üzrə “Microsoft Windows” əməliyyat sistemi ilə çalışan avadanlıqlarda “Mavi Ekran Xətası” (BSOD –BlueScreen Of Death) müşahidə olunur. Bu xəta informasiya təhlükəsizliyi həlləri ilə məşğul olan “CrowdStrike” şirkətinin “FalconSensor” proqram təminatının ən son yenilənməsi nəticəsində baş verib.

AzerVoice bu barədə Elektron Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.

"Belə ki, “Windows” sistemində baş verən çökmə dünya üzrə müxtəlif sektorlarda xidmətlərin dayanmasına səbəb olub.

Hazırda “Microsoft” şirkətinin çətinliklə bağlı rəsmi bəyanatı olmadan “Windows” əməliyyat sisteminin yenilənməsinin dayandırılması tövsiyə olunur", - məlumatda deyilir.

Qeyd edək ki, qlobal xəta fonunda ABŞ-də hava yollarının fəaliyyətində geniş miqyaslı fasilələr qeydə alınır. Medianın iyulun 19-da yaydığı xəbərlərdə bildirilir ki, rabitə problemləri səbəbindən ABŞ-nin ən böyük aviaşirkətləri – “United Airlines”, “American Airlines” və “Delta Airlines” uçuşları dayandırıb.

Bəzi məlumatlara görə, Britaniyanın “SkyNews” telekanalı şəbəkədən ayrılıb, “Windows” isə fasilələrlə işləyir.

Bundan əlavə, Berlin Hava Limanı da texniki nasazlıq səbəbindən mümkün qeydiyyat gecikmələri haqqında məlumat verib.

İspaniyanın hava limanlarında da kompüter sistemində insident baş verib. “Aena” operatorunun sözlərinə görə, bu, uçuşların gecikməsinə səbəb ola bilər.

Media, həmçinin, Böyük Britaniyanın bir sıra hava limanlarında və Türk Hava Yollarında uçuşların dayandırılması barədə yazır və bunun “böyük qlobal fasilə” səbəbindən baş verdiyini vurğulayır.

Avstraliyada İT sistemlərinin işində nasazlıq müşahidə olunub, bu, təkcə hava limanlarına deyil, banklara və supermarketlərə də təsir edib. Bu ölkədə nər olunan “WA Today” qəzetinin məlumatına görə, Apple Pay daxil olmaqla ödəniş sistemləri bundan təsirlənib.

Hindistanın “Times Now” kanalının ilkin məlumatlarına görə, qlobal fasilənin səbəbi Amerikanın kibertəhlükəsizlik xidməti olan “CrowdStrike” tərəfindən aparılan son yeniləmədir.

İrlandiyanın “Ryanair” aviaşirkəti və Edinburq Hava Limanı (Şotlandiya) da problemlər barədə xəbərdarlıq edib.

“Microsoft Windows”dakı qlobal xəta ilə bağlı rəsmi xəbərdarlıq
Məqalədə: #Microsoft Windows #Mavi Ekran Xətası #CrowdStrike

Mövzu üzrə digər xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Digər Xəbərlər

Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb

4 Sentyabr 18:14
Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu
Digər Xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu

4 Sentyabr 13:26
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.