5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Linkolndan Kennediyə: Dövlət dolları uğrunda mübarizənin ağır bədəli

ABŞ tarixində bir çox prezident sui-qəsdə məruz qalsa da, Abraham Linkoln və Con Kennedinin ölümləri çox vaxt ölkənin pul siyasəti və beynəlxalq maliyyə maqnatları ilə apardıqları mübarizə ilə əlaqələndirilir. Hər iki lider dolların çapı və dövriyyəsi üzərindəki xüsusi nəzarəti qırmağa cəhd etmişdi.

17 May 2026 13:00
Linkolndan Kennediyə: Dövlət dolları uğrunda mübarizənin ağır bədəli

BAKI,VOA

ABŞ tarixində bir çox prezident sui-qəsdə məruz qalsa da, Abraham Linkoln və Con Kennedinin ölümləri çox vaxt ölkənin pul siyasəti və beynəlxalq maliyyə maqnatları ilə apardıqları mübarizə ilə əlaqələndirilir. Hər iki lider dolların çapı və dövriyyəsi üzərindəki xüsusi nəzarəti qırmağa cəhd etmişdi.

Abraham Linkoln və "Greenbacks" layihəsi

Amerikanın 16-cı prezidenti Abraham Linkoln 1861-ci ildə hakimiyyətə gəldikdən qısa müddət sonra quldarlığa qarşı Vətəndaş Müharibəsinə başladı. 4 il davam edən bu qanlı müharibəni maliyyələşdirmək üçün Linkoln Rotşild (Rothschild) ailəsindən borc istəyir. Lakin ailənin təklif etdiyi 36%-lik yüksək faiz dərəcəsi ilə razılaşmayan prezident fərqli bir yol seçir.

Pul islahatı: Linkoln konqresdən kənar, birbaşa dövlət tərəfindən buraxılan və “Greenbacks” adlanan yeni valyutanın çapına başlayır. 1862-1863-cü illərdə 450 milyon məbləğində belə əskinaz çap edilir.

Sui-qəsd: Vətəndaş Müharibəsinin başa çatmasından cəmi 5 gün sonra, 14 aprel 1865-ci ildə Linkoln qətlə yetirilir. Onun ölümündən sonra yerinə keçən Endrü Conson "Greenbacks" layihəsini ləğv edərək valyutanın adını yenidən dollara çevirir.

Con Kennedi və 11110 nömrəli sərəncam

Amerikanın 35-ci prezidenti Con Kennedi də Linkoln kimi maliyyə sistemində inqilabi dəyişiklik etməyə çalışmışdı. 4 iyun 1963-cü ildə o, tarixdə məşhur olan 11110 nömrəli sərəncamı imzalayır.

Mərkəzi Bankın gücləndirilməsi: Bu sərəncamla dolların çap edilməsi səlahiyyəti Rotşild ailəsinin nəzarətində olan banklardan alınaraq Amerikanın Mərkəzi Bankına (Xəzinədarlıq) verilir. Beləliklə, dövlət faiz ödəmədən öz pulunu buraxmaq imkanı qazanırdı.

Sui-qəsd: Bu tarixi qərardan bir neçə ay sonra, 22 noyabr 1963-cü ildə Kennedi Dallasda snayper atəşi ilə qətlə yetirildi. Onun xələfi Lindon Conson dərhal Kennedinin buraxdırdığı xəzinə biletlərini Federal Ehtiyat Sisteminin (FED) banknotları ilə əvəz etdi.

Federal Ehtiyat Sistemi (FED) və Rotşildlər

Müasir Amerika maliyyə sistemində dolları dövlət deyil, xüsusi statuslu Federal Ehtiyat Sistemi (FED) çap edir. İddialara görə, bu bankın səhmlərinin 90%-i Rotşildlərin, qalan hissəsi isə Rokfellerlərin nəzarətindədir. Amerika Mərkəzi Bankı dolları FED-dən 20%-lik komissiya ilə alır. Bu o deməkdir ki, hər 100 dollarlıq əskinaz üçün dövlət 20 dollar ödəyir.

Həm Linkoln, həm də Kennedi dövləti bu faiz yükündən və xarici maliyyə asılılığından xilas etmək istəsələr də, hər ikisi müəmmalı sui-qəsdlərin qurbanı oldular.

Məqalədə: #ABŞ #dollar #Abraham Lincoln #John Kennedy #Dollar işarəsinin mənşəyi #Greenbacks #Rothschild #Endrü Conson

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.