11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Fransadan Yunanıstana 16 yeni raket

14 Aprel 2025 17:29
Fransadan Yunanıstana 16 yeni raket

BAKI, AzerVoice

Yunanıstan Türkiyə ilə ayaqlaşmaq üçün Fransadan raket alır

AzerVoice xəbər verir ki, Yunanıstan silahlı qüvvələrini modernləşdirmək və Türkiyə ilə hərbi balansı qorumaq məqsədilə Fransadan 16 ədəd Exocet MM-40 Block 3C gəmi əleyhinə raket alacaq.

Müqavilə Afinada Yunanıstan müdafiə naziri Nikos Dendias və Fransa Silahlı Qüvvələri naziri Sebastyan Lekornu arasında imzalanıb.

Fransalı nazir Yunanıstan Milli Müdafiə Nazirliyində keçirilən mərasimdə əsgərlər tərəfindən təntənəli qarşılandıqdan sonra Dendiasla təkbətək görüş keçirib. Müqavilə ikitərəfli müdafiə əməkdaşlığından əlavə, Avropa çərçivəsində strateji oriyentasiya məsələlərini də əhatə edir.

Qeyd olunur ki, Exocet MM-40 Block 3C raketləri 200 kilometrlik uçuş məsafəsinə və sahil hədəflərinə zərbə endirmək qabiliyyətinə malikdir. Bu raketlər əvvəlki nəsillərlə müqayisədə daha inkişaf etmiş hədəf aşkarlama və elektron mübarizə sistemlərinə davamlılıq baxımından üstünlüyə malikdir.

Qeyd edək ki, Yunanıstan 2021-ci ildə Fransa ilə imzaladığı 25 milyard avroluq müdafiə müqaviləsi çərçivəsində artıq Rafale döyüş təyyarələri və Belharra freqatlarını almağa başlayıb. Rəsmi Afinanın əsas məqsədi bölgədə hərbi balansı qorumaq və Türkiyə ilə strateji rəqabətdə geri qalmamaqdır.

Məqalədə: #Türkiyə #Fransa #Yunanıstan #Fransadan raket alışı #Exocet MM-40 Block 3C #Müdafiə müqaviləsi #Rafale döyüş təyyarələri

Mövzu üzrə digər xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

9 Sentyabr 11:20

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.