14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Papa XIV Leo pontifikatına başlayıb

18 May 2025 14:11
Papa XIV Leo pontifikatına başlayıb

BAKI, AzerVoice

Roma Papası XIV Leo, papa hakimiyyətinin rəmzləri olan “Balıqçının üzüyü” və xaçlarla bəzədilmiş yun lent – pallium ilə təltif olunub. Bu qədim mərasim 267-ci Roma Papasının pontifikatının rəsmi başlanğıcını qeyd edib.

AzerVoice xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, inauqurasiya mərasimini Papa XIV Leo özü idarə edib. Ayin zamanı o, “Cənnət Kraliçasına dua” və “Urbi et Orbi” (şəhərə və dünyaya ünvanlanan xeyir-dua) ilə çıxış edib.

Müqəddəs Pyotr meydanında 150 minə yaxın zəvvar toplaşıb. Mərasimdə 150-dən çox xarici dövlət nümayəndə heyətləri, kral ailələri və müxtəlif dini icmalar iştirak edib.

Bu il sentyabrın 14-də 70 yaşı tamam olacaq Roma Katolik Kilsəsinin yeni rəhbərinə uzun pontifikat (papalıq dövrü) proqnozlaşdırılır. O, pontifikatının mərkəzində sosial ədalət mövzularının və rəqəmsal inqilab fonunda beynəlxalq münaqişələrin tənzimlənməsi səylərinin duracağını bildirib.

Ayində etdiyi moizədə XIV Leo, kilsənin birliyinə çağıraraq bunun sülh şəraitində birgəyaşayış üçün təməl olduğunu vurğulayıb.

“Zamanımızda hələ də çoxlu nifaq, nifrət, zorakılıq, ayrı-seçkilik və başqalarına qarşı qorxunun doğurduğu yaralar var. İqtisadi sistemlər yerin resurslarını istismar edir, yoxsulları isə kənara atır” - deyə, pontifik qeyd edib.

"Missioner ruh bizi dünyadan üstün tutmaq üçün deyil, Tanrının məhəbbətini hər kəsə çatdırmaq üçün ruhlandırmalıdır. Bu məhəbbət fərqləri silmir, əksinə, hər bir xalqın mədəni köklərini və tarixi təcrübəsini zənginləşdirərək birləşdirir” - deyə, o əlavə edib.

XIV Leo, özünün “xüsusi bir üstünlüyə malik olmadan” seçildiyini və “iman və sevinclə başqalarına xidmət edən bir qardaş kimi” bu böyük vəzifəni təvazökarlıqla qəbul etdiyini bildirib.

Papa XIV Leo, Latın dilində ayinlərə və ənənəvi kilsə nəğmələrinə meylli olduğunu göstərərək, bəzi duaları şəxsən oxuyub və ilahiləri özü səsləndirib.

Qeyd edək ki, ABŞ vətəndaşı və Peru missiyası təcrübəsi olan amerikalı kardinal Robert Frensis Prevo tarixdə ilk dəfə ABŞ-dan seçilmiş Roma Papası olub.

Məqalədə: #Vatikan #Papa XIV Leo #Pontifikat

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
13 Sentyabr 20:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.